Atlantik okeanında miqrant faciəsi
Dünya xəbərləri

Atlantik okeanında miqrant faciəsi

Atlantik okeanında miqrant fəlakəti baş verib.

“Respublika” “Hürriyet”ə istinadən xəbər verir ki, Kanar adalarından təxminən 100 kilometr cənubda, Atlantik okeanında qayığın batması nəticəsində təxminən 50 qeyri-qanuni miqrant itib.

Səhər saatlarında bölgədə ticarət gəmisindən gələn zəngdən sonra İspaniya xilasetmə qrupları bölgəyə bir vertolyot göndərib və batan qayığa yapışan 9  immiqrant xilas edilib.

İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, yanvarın 1-dən aprelin 15-dək dəniz yolu ilə İspaniyaya 16 min 621 qeyri-qanuni immiqrant gəlib. Bildirilib ki, bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə 11 min 681 nəfər çoxdur.

Röya RÜSTƏMLİ,

“Respublika”.