Rusiya Aya kosmik gəmi göndərdi
Dünya xəbərləri

Rusiya Aya kosmik gəmi göndərdi

Rusiyanın “Soyuz-2.1b” raketi “Luna-25” kosmik gəmisini müvəffəqiyyətlə Yerin orbitinə çıxarıb.

"Respublika" xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Bildirilib ki, kosmik gəmi Rusiyanın Amur vilayətindəki “Vostoçnıy” kosmodromundan buraxılıb.

Əgər hər şey plan üzrə getsə, beş gündən sonra stansiya 100 km hündürlükdə Ayın yaxın qütb orbitinə daxil olacaq. Cənub qütbünün ərazisində optimal eniş yerini seçmək üçün burada daha üç-yeddi gün qalacaq.

Xatırladaq ki, 1976-cı ildən bəri, təxminən 50 ildən sonra ilk dəfə Aya kosmik gəmi göndərmək missiyası çərçivəsində Rusiya avqustun 11-də ölkənin uzaq şərqindəki bir qəsəbəni boşaldıb.

Missiyanın əsas hədəfləri sırasında yumşaq eniş texnologiyalarının inkişaf etdirilməsi, Ayın daxili quruluşunun öyrənilməsi və su mənbələrinin axtarışı kimi məsələlər yer alır.

Nəzrin ELDARQIZI,

"Respublika".