Fransada başqa ölkələrdən olan məmurlar irqçi zorakılıqla üzləşirlər
Dünya xəbərləri

Fransada başqa ölkələrdən olan məmurlar irqçi zorakılıqla üzləşirlər

Fransanın "Thesee" kommunasının bələdiyyə üzvü, Afrika Mundus beyin mərkəzinin rəhbəri Emmanuel Argo Fransa Prezidenti Emmanuel Makrona açıq məktub ünvanlayıb.

Məktubda müstəmləkədən əziyyət çəkən insanlara təzminatın ödənilməsi məsələsi qabardılmış, onun və həmkarlarının irqçi hücumlarına məruz qaldıqları və ölümlə hədələndikləri bildirilmişdir.

Müraciətdə həmçinin Fransada Afrikadan və bəzi ölkələrdən olan məmurların həmkarları tərəfindən diskriminasiyaya və irqçi zorakılığa məruz qaldıqları da qeyd olunur.

E.Argo gördüyü münasibətin Fransanın müstəmləkəçilik keçmişindən qalmış ikili standartların bir parçası olduğunu vurğulayıb. O qeyd edib ki, Fransa digər ölkələrə demokratiya dərsi verir, ancaq özü həmin dərsləri yaxşı öyrənməyib.

Qeyd edək ki, E.Argo bu ilin iyul ayında Bakı Təşəbbüs Qrupunun yaradılmasına həsr edilmiş tədbirdə də iştirak edib.

Müraciətə qoşulanlar müxtəlif 17 vətəndaş cəmiyyətləri və afrikalıların haqlarının qorunması sahəsində iş aparan şəxslərdir:

1. Beynəlxalq Təzminat Hərəkatı (Martinika)

2. Beynəlxalq Təzminat Komitəsi (Martinika)

3. Fransızların Xaricdəki Nümayəndəlik Şurası

4. Qara Xalqların Beynəlxalq Komitəsi

5. Avropa Haiti Diaspora Sammiti Komitəsi

6. Yeni İnsanlıq Hərəkatı

7. Haitidə və Xaricdə Yaşayan Haitililərin Birləşmiş Hərəkatı

8. Deportasiya edilmiş Afrikalıların Qızları və Oğulları Kollektivi

9. Afrika Mundus şəbəkəsinin dekanı və Marcus Garvey Fondunun sədri Dr. Julius Garvey

10. Afrika Diasporunun Baş Naziri Dr. Luis-Georges Tin

11. Sylvie Conde Afro-nəsli və NegroEvolution-ın dəstəyi

12. Makona təşkilatının Qvineya, Liberiya, Sierra Leone üzrə Afrika Mundus Şəbəkəsinin nümayəndəsi və regional baş katibi Ensa-N'Dayma

13. Afrika Mundus şəbəkəsinin Namibiya və Botsvana üzrə nümayəndəsi Vikki Hendrik

14. Afrika Mundus Diaspora Şəbəkəsinin Böyük Britaniya üzrə nümayəndəsi Dr. Colins Imoh

15. Afrika Mundus şəbəkəsinin münaqişələrin həlli üzrə eksperti professor Elvis.

16. Parlamentarilər

17. Həmrəylik vəkilləri kollektivi

Afrika Mundus şəbəkəsinin Yaponiyadakı nümayəndəsi