Pakistanda siyasi mitinq zamanı partlayış törədilib - ölənlər var
Dünya xəbərləri

Pakistanda siyasi mitinq zamanı partlayış törədilib - ölənlər var

Ötən gün Pakistanın şimal-qərbində Əfqanıstanla həmsərhəddə siyasi mitinq zamanı kamikadze özünü partladıb. Partlayış zamanı 44 nəfər ölüb, 200-ə yaxın insan isə yaralanıb.

"Respublika" "BBC"yə istinadən xəbər verir ki, yaralılardan bəziləri təyyarə ilə Pişəvər şəhər xəstəxanalarına çatdırılıb.

Hələ ki, məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. Pakistanın Baş naziri Şahbaz Şərif hadisənin araşdırılması və günahkarların müəyyən edilməsi barədə göstəriş verib.

Töhfə SƏMƏDOVA,

"Respublika".