ABŞ alimləri yeni virus aşkar etdi
Maraqlı

ABŞ alimləri yeni virus aşkar etdi

Almaniyanın Maks Plank İnstitutunun alimləri ABŞ-da ulduz formalı qabıqları olan bir qrup nəhəng virus aşkar ediblər.

"Respublika" xəbər verir ki, bu barədə "NTV" məlumat yayıb.

Bildirilib ki, qəribə formalarına görə dünyadankənar canlılara bənzəyən və daha əvvəl yer üzündə rast gəlinməyən bu nəhəng viruslar haqqında araşdırmalar davam edir.

Paylaşılan şəkillər yadplanetlilərin canlı formalarına bənzəyir.

Qeyd edək ki, ölçüləri 0,2-1,5 mikrometr arasında dəyişən nəhəng viruslara okeanlarda, Arktika göllərində rast gəlinir.

Nəzrin ELDARQIZI,

"Respublika".