ABŞ Çinin addımlarından narahatdır
Dünya xəbərləri

ABŞ Çinin addımlarından narahatdır

ABŞ Çinin beynəlxalq nizamdan kənara çıxmaq cəhdlərindən narahatdır. 

Respublika xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin dövlət katibi Entoni Blinkenlə birlikdə Avstraliyanın müdafiə naziri Riçard Marles və xarici işlər naziri Penni Vonq ilə Kvinslend ştatında görüşü zamanı danışıb. 

Ostin bildirib ki, tezliklə ABŞ  Çinin Hind-Sakit okean regionunda ambisiyalarına qarşı təhlükəsizlik məsələlərini müttəfiqləri ilə müzakirə edəcək. 

Jalə QASIMZADƏ, 
“Respublika”.