ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer vəfat edib
Siyasət

ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer vəfat edib

ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer 100 yaşında vəfat edib.

"Respublika" xəbər verir ki, bu barədə “Kissinger Associates” təşkilatı məlumat yayıb. Siyasətçinin ölüm səbəbi açıqlanmayıb.

Media Henri Kissinceri “diplomatiyanın böyük ustası” və “qlobal məsləhətçi” adlandırır. 2015-ci ildə “Foreign Policy” jurnalını onu ABŞ-da son 50 ilin ən effektiv dövlət katibi adlandırıb. Hüquq müdafiəçiləri isə Kissinceri 1970-ci illərdə ABŞ kəşfiyyat orqanlarının dəstəyi ilə Argentina və Çilidə hərbi çevrilişlərdə və daha sonra bir sıra Latın Amerikası ölkələrində baş verən repressiyalarda əli olmaqda ittiham edir.

Henri Kissincer Nobel Sülh Mükafatı, Prezident Azadlıq Medalı, Britaniya İmperiyası Ordeni və İsrail Prezidentinin Medalı ilə təltif edilib. O, 2009-cu ildə Münhen Təhlükəsizlik Konfransının “Ewald von Kleist” mükafatına layiq görülən ilk şəxs olub.