Milli Məclis İran parlamentinə cavab bəyanatı qəbul edib
Siyasət

Milli Məclis İran parlamentinə cavab bəyanatı qəbul edib

Milli Məclis İran parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli sənədlə bağlı bəyanat layihəsini hazırlayıb. Bəyanat parlamentin aprelin 7- keçirilən plenar iclasında qəbul edilib. Bəyanatı təqdim edirik.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin açılması ilə bağlı İran İslam Respublikası parlamentinin aprelin 5- bəyanat qəbul etməsini Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirir. Azərbaycan Respublikasının suverenliyinə müstəqilliyinə açıq hörmətsizliyin ifadəsi olan bu bəyanat İran tərəfinin ölkəmizə qarşı həyata keçirdiyi növbəti siyasi təxribatdır.

Təəssüf ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanmasına, şəhər kəndlərimizin viran qoyulmasına, milli sərvətlərimizin talan edilməsinə, tarix, mədəniyyət dini abidələrimizin, o cümlədən məscidlərimizin dağıdılmasına göz yuman, hətta təcavüzkara bir çox əməllərində dəstək verən İran İkinci Qarabağ müharibəsi nəticəsində torpaqlarımız düşmən əsarətindən azad edildikdən sonra Azərbaycana qarşı açıq fəaliyyətə keçmişdir. Belə görünür ki, İran silahlı qüvvələrinin Azərbaycan sərhədləri yaxınlığında müntəzəm hərbi təlimlər keçirməsi, Tehrandakı Azərbaycanın səfirliyinə qarşı terror aktı törədilməsi, on minlərcə azərbaycanlının zorla qovulduğu Ermənistanın Qafan şəhərində İran konsulluğunun açılması, Təbrizdə Ermənistanın baş konsulluğunun açılmasına razılıq verilməsi, Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə mane olmaq cəhdləri digər bəd niyyətli hərəkətlər eyni bir zəncirin həlqələridir. Xüsusən İranda Azərbaycan dövləti əleyhinə aparılan təhdid, böhtan qarayaxma kampaniyasının son dövrdə geniş vüsət alması, İran xüsusi xidmət orqanlarının ölkəmizdə yaratdıqları casus şəbəkəsinin ifşa edilməsi, Azərbaycanda yalan təbliğatla aldadılmış insanların radikal dini ideyalar ətrafında birləşdirilməsi cəhdləri ciddi narahatlıq doğurur.

Azərbaycan Milli Məclisi bildirir ki, ölkəmizin İsrail Dövlətində səfirliyinin açılması müstəqil dövlət kimi onun suveren hüququdur bununla əlaqədar Azərbaycana qarşı irəli sürülən əsassız ittihamlar qəbuledilməzdir. Qeyd olunmalıdır ki, İsraildə Türkiyə, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bosniya Herseqovina, Albaniya, Misir, İordaniya, Qazaxıstan, Özbəkistan, Mərakeş, Nigeriya, Çad, Kot-d'İvuar kimi müsəlman ölkələrinin diplomatik nümayəndəlikləri fəaliyyət göstərir. Bu ölkələrin heç biri İranın Azərbaycana qarşı göstərdiyi qeyri-adekvat, qərəzli radikal münasibətin şahidi olmayıb.

Azərbaycan xarici siyasət kursuna uyğun olaraq, Fələstin Dövlətində Nümayəndəliyini açıb. Bu, iki ölkə xalq arasında möhkəm dostluq qardaşlıq münasibətlərinin təzahürüdür bu münasibətlərə hər hansı üçüncü tərəfin, o cümlədən İranın müdaxilə etməsi yolverilməzdir. Azərbaycanla Fələstin arasında münasibətlər həmişə yüksələn xətlə inkişaf edib. Azərbaycan Fələstin məsələsi ilə bağlı daim həmrəylik göstərib, BMT-nin müvafiq qətnamə qərarlarına müvafiq surətdə İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini davamlı olaraq dəstəkləyib bu mövqeyini Qoşulmama Hərəkatı, İslam Əməkdaşlığı Təşkilatı digər beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirib.

Şərh edilənlər özünü müsəlmanların müdafiəçisi hamisi kimi qələmə verən İranın, əslində, ikiüzlü siyasət yeritdiyini məkrli siyasi maraqlarını təmin etmək üçün hər bir vasitədən istifadə etməyə hazır olduğunu göstərir. Milli Məclis İran tərəfinin Azərbaycana qarşı müntəzəm xarakter alan təxribat əməllərini qətiyyətlə pisləyir rədd edir, ölkəmizi hədəf alan qərəzli fəaliyyətdən əl çəkməsini tələb edir.