ABŞ tədqiqatçıları gen redaktəsi ilə məhsuldarlığı yüksək ağaclar yetişdirirlər
Maraqlı

ABŞ tədqiqatçıları gen redaktəsi ilə məhsuldarlığı yüksək ağaclar yetişdirirlər

ABŞ-ın Şimali Karolina Universitetinin tədqiqatçıları gen redaktə üsulu ilə qovaq ağacları yetişdiriblər.

"Respublika" xəbər verir ki, bu barədə Türkiyənin "Ntv" saytı məlumat yayıb.

Tədqiqatçılar prosesdə proqnozlaşdırıcı modelləşdirmə metodundan istifadə ediblər.

Alimlərin bu tədqiqatı qovaq ağaclarındakı odun estraktını azaltmaq və karbohidrat nisbətini artırmaq məqsədi daşıyır. CRISPR (çoxluq təşkil edən müntəzəm aralıqlı qısa palindromik təkrarlar) üzrə ekspert Rodolf Barrangu bununla meşə yaratmağın mümkün olduğunu bildirib.

Qeyd edək ki, bu çərçivədə Şimali Karolinada 6 ay ərzində istixanada 174 sıra qovaq ağacının böyüməsi müşahidə edilib.

Nəzrin ELDARQIZI,

"Respublika".