Adları iftixarla çəkilən igidlər
Region

Adları iftixarla çəkilən igidlər

Qarabağ müharibəsində qanı bahasına xalqına qələbə sevincini yaşadan  Azərbaycanımızın   qəhrəman  övladlarından biri 13 aprel 1989-cu ildə Lerik rayonu, Bibihoni kəndində dünyaya göz açan  Tərzan Qəhrəman oğlu Həşimovdur. Bu Vətən sevdalısı  30 il düşmən tapdağında qalan əzəli yurd yerimiz olan Qarabağın azadlığı uğrunda müharibə meydanında şəhidlik zirvəsinə ucalmaqla  örnək olacaq bir tarix yazdı. Lerik camaatı həmişə öz qəhrəman oğlunun adını fəxrlə çəkir, onunla qürur duyur.

Şəhid  Tərzan  Həşimov  2010-cu il mart ayının 6-da Müdafiə Nazirliyinin əmri ilə gizir hərbi rütbəsi almış Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə motoatıcı tağım komandirinin müavini vəzifəsində xidmət etməyə başlayıb. 2016- ilin Aprel döyüşlərinin iştirakçısı olmuşdur. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Tərzan Həşimov 2020-ci il sentyabrın 27- başlanan Vətən müharibəsi zamanı Cəbrayıl Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Füzulidə gedən döyüşlər zamanı ömrünün 31-ci ilində qəhrəmancasına şəhid olub. Bununla da həyat  qədər dəyərli ölümü milyonların ürəyində ona əbədi məkan qurub.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən Tərzan Haşımov  ölümündən sonra "Azərbaycan Bayrağı" ordeninə, "Vətən uğrunda", Cəbrayılın Xocavəndin azad olunmasına görə, "Cəsur döyüşçü" medallarına layiq görülüb.

Tərzan Həşimov yaşasaydı 34 yaşı tamam olardı. Şəhid qəhrəmanın doğum günü doğulub boya-başa çatdığı   Bibihoni  kəndində qeyd olundu. Kənd sakinləri, şəhid ailələri ilə bərabər, YAP Lerik rayon təşkilatının sədr müavini E.Məmmədov, rayon icra hakimiyyəti Vətən Müharibəsi Şəhid Ailələri ilə işin təşkili şöbəsinin  nümayəndəsi İ.Tahirov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri V.Məlikov, Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin nümayəndəsi E.Fətullayev, YAŞAT fondunun Lerik rayonu üzrə nümayəndəsi Ə.Rzayev qəhrəmanın uyuduğu  məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsinə dərin ehtiramını bildirdilər.

Zəfər ORUCOĞLU.