AVRO-2024: Seçmə mərhələdə VII tura yekun vurulub
İdman

AVRO-2024: Seçmə mərhələdə VII tura yekun vurulub

Futbol üzrə AVRO-2024-ün seçmə mərhələsində VII tura yekun vurulub.

"Respublika" xəbər verir ki, üçüncü oyun günündə yeddi qarşılaşma keçirilib.

C qrupunda Ukrayna millisi Şimali Makedoniyanı, İtaliya yığması Maltanı məğlub edib.

G qrupunda Litva səfərdə Bolqarıstana qalib gəlib, Serbiya isə Macarıstana uduzub.

H qrupunda üç oyun baş tutub. Şimali İrlandiya San Marinonu, Sloveniya Finlandiyanı, Danimarka isə Qazaxıstanı üstələyib.