Azərbaycan millisinin sabiq futbolçusu dəfn olunub
İdman

Azərbaycan millisinin sabiq futbolçusu dəfn olunub

Ötən gün dünyasını dəyişən Azərbaycan millisinin sabiq üzvü Şəhriyar Rəhimov dəfn olunub.

"Respublika" xəbər verir ki, mərhum futbolçu Xırdalan şəhər qəbiristanlığında atası Ağəli Rəhimovun məzarının yanında torpağa tapşırılıb.

Dəfn mərasimdə Ş.Rəhimovun ailə üzvləri, yaxınları, keçmiş komanda yoldaşları və futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Şəhriyar Rəhimov 34 yaşında onkoloji xəstəlikdən vəfat edib. O, 2018-2019-cu illərdə Azərbaycan millisinin heyətində 9 oyunda meydana çıxıb. Mərhum futbolçu karyerası ərzində “İnter” (indiki “Şamaxı”), “Karvan”, AZAL, “Rəvan”, “Kəpəz”, “Zirə” və “Səbail” klublarının formasını geyinib.

Ş.Rəhimov 2022-ci ilin əvvəlində karyerasını başa vurub.