Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında növbəti qaliblər müəyyənləşib
İdman

Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında növbəti qaliblər müəyyənləşib

Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında qeyri-olimpiya növü üzrə ilk yarış və mükafatlandırma mərasimi keçirilib.

Federasiyadan “Respublika”ya verilən məlumata görə, kişilər arasında uzanaraq tüfəngdən 50 metr məsafəyə atəş açma yarışının qalibi çexiyalı Pyotr Nimburski olub. 626.5 xal toplayan atıcı qızıl medal qazanıb.

Gümüş medala 625.2 xalla çinli Du Linşu yiyələnib. İsveçrə təmsilçisi Yan Loxbihler 625 xal toplayaraq üçüncü yeri tutub.

Komanda yarışında isə Norveç birinci, Almaniya ikinci, Çin üçüncü olub.