Avropada kəsişən qlobal enerji xətləri
Siyasət

Avropada kəsişən qlobal enerji xətləri

Yeni geosiyasi geoiqtisadi şərait ölkəmizin strateji əhəmiyyətini daha da artırır

Dünyada yaranmış yeni geosiyasi geoiqtisadi şərtlər Azərbaycanın strateji əhəmiyyətini xeyli artırıb. Bu, özünü, ilk növbədə, Azərbaycanın enerji ehtiyatlarına olan tələbatın artmasında göstərir. Son vaxtlar isə Mərkəzi Asiya ölkələrinin Qərb bazarlarına neft qaz tədarükündə tranzit ölkə kimi Azərbaycana üstünlük verdiyini görmək olar. Ukraynada müharibənin uzanması Avropa ölkələrinin Rusiya qazından imtina etməsi alternativ mənbə kimi Azərbaycanı seçən ölkələrin sayının genişlənməsi ilə müşahidə olunur. Bu isə Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunu gücləndirir.

Azərbaycanın neft-qaz strategiyasında mühüm məsələlərdən biri enerji resurslarının dünya bazarına hansı marşrutlarla çıxarılmasıdır. Yeni enerji strategiyasına uyğun olaraq Azərbaycanın enerji potensialının dünya bazarlarına çıxarılması istiqamətində bir sıra uğurlu layihələrə imza atılmışdır. Son illər dünyanın potensial qaz ixracatçısına çevrilmiş Azərbaycan regionun Avropanın enerji xəritəsini genişləndirir, müstəqil iqtisadi siyasət yeridən bir ölkə kimi bir sıra qlobal enerji nəqliyyat layihələrinin təşəbbüskarı fəal iştirakçısı rolunda çıxış edir. Artıq zəngin karbohidrogen ehtiyatları hesabına özünün enerji təhlükəsizliyini tam təmin etmiş ölkəmiz uzun illərdir ki, Avropanın da enerji təhlükəsizliyinə mühüm töhfələr verir enerji resurslarından səmərəli istifadə nəticəsində dünya enerji bazarında rolunu əhəmiyyətli dərəcədə möhkəmləndirir. Bu gün TAP vasitəsilə Azərbaycandan kommersiya məqsədli təbii qaz Avropa bazarına - İtaliya, Yunanıstan Bolqarıstana çatdırılır. Belə ki, Cənub Qaz Dəhlizinin son hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə təbii qazın nəqlinə başlanması Azərbaycandan Avropaya uzanan 3500 kilometr uzunluğunda dəhlizin qaz dəyər zəncirinin tam inteqrasiya olunması deməkdir.

Ölkəmizin iqtisadi-maliyyə gücünün artmasına, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edən Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri artıq fəaliyyətdədir. Bununla da Azərbaycan daha bir mühüm, tarixi qələbə, uğur əldə etdi ölkəmiz dünya bazarında böyük qaz ixracatçısına çevrildi: "Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan "Strateji Tərəfdaşlıq haqqında" Bəyannamə ya sazişlərə imza atıb qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır bu tərəfdaşlığın çox güclü gələcəyi var". Bu fikirləri Prezident İlham Əliyev bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin imzaladığı Azərbaycanla Avropa İttifaqı arasında Anlaşma Memorandumu ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli etibarlı tərəfdaş kimi seçilməsini göstərir. Fevralın 3- Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları artıq bu sənədin icrasına başlanıldığını təsdiq edir. İclaslarda Rumıniya Prezidentinin, Avropa İttifaqının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna Xorvatiyanın yüksək səviyyəli nümayəndələrinin iştirakı bir daha onu deməyə əsas verir ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri dünyanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Keçirilən görüşlərin, aparılan müzakirələrin ən maraqlı tərəflərindən biri budur ki, mühüm karbohidrogen ehtiyatlarına malik Azərbaycan, eyni zamanda böyük yaşıl enerji ehtiyatlarını özündə cəmləşdirib.

Bu cür enerji potensialından istifadəni prioritet istiqamətə yönəldən Azərbaycan Prezidenti çox qısa müddətdə təşəbbüskarı olduğu Yaşıl Enerji Məşvərət Şurasını da etibarlı tərəfdaşlığın əsas müzakirə predmetinə çevirib. Bu sahədə ilk addım kimi ötən il dekabrın 17- Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Sazişə əsasən Azərbaycanın istehsal etdiyi (yaşıl enerji) elektrik enerjisi kabeli Qara dənizin dibi ilə çəkilərək Avropaya çatdırılacaq. Bu isə o deməkdir ki, Azərbaycan qoca qitənin enerji təhlükəsizliyinin daha dolğun şəkildə təmin edilməsində yaxından iştirak edəcək. Bu məqam avropalı rəsmilər tərəfindən xüsusilə vurğulanır. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Simson Azərbaycanı "ümumavropa qaz təchizatçısı" adlandırıb. Hazırda Azərbaycan 6 ölkəyə qaz ixrac edir. Bir neçə il ərzində isə 10 ölkəni, o cümlədən 8 Avropa ölkəsini qazla təchiz edəcək. Bakı təkcə qaz deyil, bərpaolunan enerji, yaşıl hidrogenlə bağlı da Avropa ilə əməkdaşlıq edir.

"Bu, dünya enerjisinin gələcəyidir Azərbaycanın gələcəyidir" sözləri ilə ölkəmizin qitə dövlətlərinin enerji təchizatına önəmli töhfə verdiyini qürurla bildirən Prezident İlham Əliyev ötən ay Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) "Eustream" (Slovakiya) Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu"nun imzalanması mərasimində qitə dövlətlərinin enerji təchizatının təhlükəsizliyində etibarlı tərəfdaş olan Azərbaycanın həlledici rolunu diqqətə çatdırıb. İmzalanma mərasimində təmsilçilər çıxışlarında Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın verdiyi töhfənin yüksək səviyyədə olmasını İlham Əliyevin riyazi dəqiqliklə yürütdüyü inamlı siyasətlə əlaqələndiriblər.

Anlaşma Memorandumu ötürmə sisteminin dörd operatoru SOCAR arasında Azərbaycandan Avropaya əlavə həcmdə qaz tədarükü üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükləri Bolqarıstan, Rumıniya, Macarıstan Slovakiyanın "Həmrəylik Halqası" adlandırılan modernizasiya olunmuş qaz nəqli şəbəkələri vasitəsilə həyata keçiriləcək. Mərasimdə iştirak edən, Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizini qitə üzrə ən böyük infrastruktur layihəsi kimi dəyərləndirən Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin qeyd etdiyi kimi, qaz kəmərinin işə salınması ilə Bolqarıstan Cənub-Şərqi Avropa üçün yeni dövr başlayır. Avropa Komissiyası Xəzər dənizindən təbii qazın Mərkəzi Şərqi Avropaya çatdırılması üçün alternativ marşrutların təmin edilməsi üzrə əlavə səyləri, tərəfdaş ölkələr arasında məhsuldar münasibətləri, yüksək həmrəyliyi strateji tərəfdaşlığı dəstəkləyir. Bu baxımdan, "Həmrəylik Halqası" təşəbbüsünün reallaşması ilə Azərbaycan qazının Avropa İttifaqına üzv ölkələrə çatdırılması üçün əlavə marşrutların formalaşması yeni hədəflərə çatmağın ən asan yoludur. Çünki Bolqarıstanın, Rumıniyanın, Macarıstanın, Slovakiyanın ötürücü sistem operatorları ilə SOCAR arasında Memorandumun imzalanması yeni layihə olan "Həmrəylik Halqası" təşəbbüsünün reallaşması deməkdir. Bu həmrəylik halqası ilə Cənub Qaz Dəhlizinin ötürücülük imkanları daha da artır. Mərkəzi Cənub-Şərqi Avropaya təbii qaz tədarükünün təhlükəsizliyini yaxşılaşdırmaq məqsədi daşıyan "Həmrəylik Halqası" regionun digər ölkələrinin bu təşəbbüsə qoşulması üçün imkanlar yaradır.

Avropanın enerji bazarı qaz nəqlində çoxdan gözlənilən diversifikasiya təhlükəsizliyə nail olacaq. TANAP Rusiyanın tranzit ölkə olan Ukrayna ilə siyasi böhrana başının qarışması səbəbindən kəskin qaz defisiti yaşayan Cənub Cənub-Şərqi Avropa üçün çıxış yolu olacaq. İtaliyanın qaz sərfiyyatının 5 faiz artaraq 70.9 milyard kubmetrə çatması, eləcə boru xətti ilə nəql olunacaq qazın Cənub-Şərqi Avropanın qaz idxalının təqribən 90 faizini təşkil etməsi faktını nəzərə alaraq, əminliklə deyə bilərik ki, TANAP-ın Avropaya gətirdiyi müxtəliflik həyati əhəmiyyət daşıyır. İlkin razılığa əsasən, TANAP vasitəsilə Avropaya nəql olunacaq illik 10 milyard kubmetr həcmində qaz tədürükü Avropanın qaz idxalının 3-4 faizini, nəqlin gələcəkdə 20 milyard kubmetrə çatması ilə isə bu göstəricinin təqribən iki qatını təşkil edəcək. Şübhəsiz ki, bir neçə ildən sonra Azərbaycan TANAP vasitəsilə özünün strateji əhəmiyyətini nümayiş etdirəcək bütün Cənub-Şərqi Avropa üçün ən təhlükəsiz qaz təchizatçısı olduğunu sübut edəcək.

Mustafa KAMAL,

"Respublika".