Ölkəmizin mövqeyi dəyişməzdir
Siyasət

Ölkəmizin mövqeyi dəyişməzdir

Qarabağ məsələsi Azərbaycan Ermənistan arasında sülh prosesi gündəliyinə daxil edilə bilməz

Azərbaycan İkinci Qarabağ müharibəsində qalib gəldikdən sonra hər vəchlə çalışıb ki, Cənubi Qafqazda sülh təhlükəsizlik bərqərar olsun. Elə bu səbəbdən iki ölkə arasında münasibətlərin normallaşması üçün Azərbaycan dövləti rəsmi İrəvana 5 baza prinsipindən ibarət sülh təklifini göndərmişdir. Bu sənəd Ermənistan tərəfindən qeyd-şərtsiz qəbul edildiyi zaman regionda dayanıqlı sülhə nail olmaq olar.

Ermənistan rəhbərliyinin hər dəfə danışıqlar prosesində absurd fikirlər ortaya qoyması, ələlxüsus Qarabağı sülh danışıqlarına daxil etmək cəhdləri Azərbaycan tərəfindən rədd ediləcək. Bu isə iki ölkə arasında növbəti müharibə reallığına gətirib çıxara bilər. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18- Münxendə "Dağları aşmaq: Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına müsahibə verərkən bu məsələyə münasibətini belə bildirmişdi: "Biz istəyirik ki, Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxsın. Biz imkan verə bilmərik ki, Qarabağ məsələsi hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilsin. Bunu mən bu gün cənab Blinkenin iştirakı ilə keçirilmiş görüşdə bildirmişəm. Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun. Bunun da tarixi məntiqi var. Biz istəyirik ki, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin normallaşma olsun".

Ermənistanın baş naziri isə hər dəfə olduğu kimi, qeyri-obyektiv açıqlamalarla hadisələri manipulyasiya edərək, gah Qarabağı ərazi məsələsi hesab edir, gah da "insan hüquqları məsələsi". Azərbaycanın suveren ərazilərində yaşayan 25-30 min erməniyə görə Qarabağı sülh gündəliyinə daxil etmək istəyir. Lakin Nikol Paşinyan hələ anlamaq istəmir ki, 2020-ci ildən sonra regionda yeni reallıqlar yaranıb, Azərbaycan işğal olunmuş ərazilərini geri qaytarıb sonda İrəvan rəhbərliyi kapitulyasiya imzalayıb. Belə olan təqdirdə məğlub olan ölkə şərt qoya bilməz.

Əgər söhbət Qarabağın erməni əhalisinin hüquqlarının qorunmasından gedirsə, dövlət başçısı hər zaman birmənalı şəkildə söyləyir ki: "Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var. Beləliklə, bu, iki istiqamətli həll faktiki olaraq bizim Ermənistanla danışıqlarımızı Qarabağdakı ermənilərlə əlaqələrimiz kimi daxili məsələlərimizdən ayırır. Həmçinin bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquqları təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq".

Amerikalı Avropa İttifaqından olan tərəfdaşlar Azərbaycanın sülh razılaşması istiqamətində irəli sürdüyü addımları məntiqli hesab edir bunda heç bir qərəzli yanaşma görmür. Bakı hər zaman Qarabağ ermənilərini Azərbaycan vətəndaşları sayır onları azlıq kimi qəbul edir. Azərbaycan çoxmillətli ölkədir burada bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik daxil olmaqla, eyni hüquq üstünlüklərdən faydalanırlar. Dövlət başçısı ölkəsinin hər zaman Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazır olduğunu vurğulayıb.

Ermənistan tərəfinə təklif edilmiş sülh paketinə nəzər saldıqda görərik ki, burada dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik ərazi bütövlüyünə qarşı hədə gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dövlət sərhədinin delimitasiyası demarkasiyası, diplomatik münasibətlərin qurulması, nəqliyyat kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması kimi müasir dövrün tələblərinə cavab verən müddəalar yer almışdır.

Ermənistan baş naziri Nikol Paşinyan dövlət başçısı İlham Əliyev tərəfindən ölkəsinə qarşı atılan humanist addımı qiymətləndirmək əvəzinə, "Qarabağ", "Laçın-Xankəndi yolunun blokadaya alınması", "Minsk qrupunun" yenidən gündəmə gətirmək kimi irrasional tərzdə hadisələrə yanaşması əlbəttə ki, Brüssel, Praqa, Moskva Soçi görüşlərinə ciddi zərbə vurur.

Musa BAĞIRLI,

"Respublika".