Avropanın etibarlı tərəfdaşı
Siyasət

Avropanın etibarlı tərəfdaşı

Ölkəmizin nüfuzu həm regionda, həm beynəlxalq arenada getdikcə artır. Bu gün Azərbaycan Avropada etibarlı tərəfdaşa çevrilmişdir. Buna əsas səbəb dövlətimizin zəngin resurslara malik olması bu resurslardan düzgün istifadəni təmin etməklə həyata keçirdiyi uğurlu siyasətdir.

Müstəqil dövlətimiz təkcə öz daxili enerji təhlükəsizliyini təmin etmir, həmçinin dost, tərəfdaş olan bir çox ölkələrə bu sahədə yardım göstərir. Sofiyada "Bulgartransgaz", "Transgaz", "FGSZ", "Eustream" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı anlaşma memorandumunun imzalanması respublikamızın Avropanın etibarlı tərəfdaşı olduğunu bir daha təsdiqləyir. Həmin anlaşma sənədi ölkələrarası əlaqələrin, yüksək həmrəyliyin strateji tərəfdaşlığın ən bariz nümunəsidir.

Xüsusi vurğulamaq lazımdır ki, "Həmrəylik halqası" da Bolqarıstanın Avropa İttifaqına, Mərkəzi Cənub-Şərqi Avropaya qaz tədarükünün yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın enerji siyasətinin digər mühüm hissəsi Avropaya yaşıl enerji ixracı ilə bağlıdır ki, dövlətimiz bununla Avropanın mühüm elektrik enerjisi, əsasən yaşıl enerji təchizatçısına çevrilməyi hədəfə almışdır. Azərbaycanın sözügedən istiqamətdə enerji potensialı kifayət qədərdir. 2022-ci ildə Azərbaycanın enerji tarixində ilk dəfə olaraq külək günəş elektrik stansiyalarının təməli qoyulmuşdur. Qeyd edək ki, ölkəmizin külək günəş enerjisinin həcmi 27 qiqavatdan çox, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavatdır. Bundan başqa, Azərbaycan 2027-ci ilə qədər 3 qiqavat külək 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırır. Həmçinin 2037-ci ilə qədər 6 qiqavatlıq əlavə güclər yaratmaq da nəzərdə tutulmuşdur.

Ölkəmiz Avropanın təbii qaz ixracatında da müstəsna rol oynayır. Bu baxımdan, Cənub Qaz Dəhlizi xüsusi əhəmiyyət kəsb edir XXI əsrin mühüm strateji enerji dəhlizi hesab olunur. Bunun nəticəsidir ki, Avropa İttifaqı Azərbaycan tərəfindən həyata keçirilən islahatları da dəstəkləmişdir. Həmçinin respublikamız ilə müxtəlif sahələrdə daha möhkəm əlaqələr yaratmaq marağındadır. Bu gün Azərbaycanın dünya əhəmiyyətli enerji layihələrini həyata keçirməsi regional iqtisadi inkişafın aparıcı qüvvəsinə Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilməsi bir çox dövlətlərə nümunə kimi göstərilir.

Xatırladaq ki, hazırda Azərbaycanla arasında Xəzər sahillərindən Avropaya daha böyük həcmlərdə mavi yanacaq daşınmasını reallaşdırmaq məqsədilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində mühüm danışıqlar aparılır. Təxminən 3500 kilometr uzunluğundakı kəmərin TANAP TAP seqmentlərinin ötürücülük imkanlarının artırılması da bu prosesə daxildir. TANAP-ın indiki ötürmə qabiliyyəti 16 milyard kubmetr, TAP-ın illik ötürmə imkanları isə 10 milyard kubmetrdir. Göstəricilərin gələcəkdə müvafiq olaraq 32 20 milyard kubmetrə qədər artırılması gözlənilir. Xüsusi vurğulamaq lazımdır ki, bu gün ölkəmizin beynəlxalq aləmdəki nüfuzu ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasətin nəticəsidir. Əgər ölkə başçımız enerji resurslarımızdan düzgün istifadəni tənzimləməsəydi, respublikamız bu sahədə o qədər inkişaf edə bilməzdi. Bütün bunlar bir daha deməyə əsas verir ki, Prezident İlham Əliyevin uzaqgörən məqsədyönlü siyasəti, yüksək idarəçilik qabiliyyəti Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi dünyanın qabaqcıl ölkələrindən birinə çevrilməsində mühüm rol oynamışdır.

Nəzrin ELDARQIZI,

"Respublika".