Azərbaycan ilə Bosniya və Herseqovina arasında fövqəladə hallar sahəsində əməkdaşlığa dair saziş imzalanıb
Siyasət

Azərbaycan ilə Bosniya və Herseqovina arasında fövqəladə hallar sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Bosniya Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun dəvəti ilə ölkəmizə rəsmi səfərə gəlib.

Aprelin 11- qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir Azərbaycanın memarı qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil gül dəstələri düzüblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər qoyulub.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram ifadə edib, məzarları üzərinə güllər düzüb, "Əbədi məşəl" abidəsi önünə əklil qoyublar.

Daha sonra nazir Kəmaləddin Heydərov Bosniya Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə nazir K.Heydərov ilk növbədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycanın Ordusunun Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı dədə-baba torpaqlarımızı 44 gün ərzində azad etdiyini bildirib, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması tarixi Zəfərin qazanılması haqqında qonaqlara qürur hissi ilə məlumat verib.

Azərbaycan ilə Bosniya Herseqovina arasında sıx əməkdaşlıq münasibətlərini qeyd edən nazir bu çərçivədə ölkələrimizin müvafiq qurumlarının fövqəladə halların idarə edilməsi üzrə əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın möhkəm zəmin yaradıldığını bildirib.

Respublikamızda fövqəladə halların qarşısının alınması nəticələrinin aradan qaldırılması məqsədilə görülən işlər, habelə FHN-in fəaliyyət istiqamətləri haqqında ətraflı danışan K.Heydərov iki ölkənin müvafiq qurumları arasında müxtəlif sahələr, o cümlədən fəlakətlərdən mühafizə üzrə elmi texniki bilik təcrübələrin mübadiləsi, şəxsi heyətin təlim-tədrisi ilə bağlı əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin qarşılıqlı faydalı olduğunu vurğulayıb. Xüsusilə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üzrə qısa müddətdə böyük təcrübə qazanmış Azərbaycan FHN Akademiyasının Bosniya Herseqovinanın aidiyyəti dövlət qurumları tədris müəssisələri ilə geniş əməkdaşlıq üçün böyük potensialın olduğu qeyd edilib. Bu xüsusda, imzalanan "Azərbaycan Respublikası Hökuməti ilə Bosniya Herseqovinanın Nazirlər Şurası arasında təbii digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında Saziş"in əlaqələrin genişləndirilməsi üçün möhkəm baza yaradacağına əminlik ifadə olunub.

Bosniya Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiç iki ölkə arasında uğurlu əməkdaşlıq münasibətlərinə toxunub. O, ölkəsinin müxtəlif fövqəladə hadisələrə həssas olduğunu diqqətə çatdıraraq, fövqəladə hallarla mübarizə sahəsində Bosniya Herseqovinada görülən işlər barədə ətraflı məlumat verib. N.Neşiç bu istiqamətdə Azərbaycan FHN ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını dilə gətirib.

Qonaq əmin olduğunu bildirib ki, imzalanan Saziş iki ölkənin müvafiq qurumları arasında fövqəladə halların idarə olunması sahəsində, o cümlədən birgə təlimlərlə bağlı müxtəlif əməkdaşlıq formalarının reallaşdırılması üçün yeni imkanlar açacaq.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Yekunda "Azərbaycan Respublikası Hökuməti ilə Bosniya Herseqovinanın Nazirlər Şurası arasında təbii digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb. Sazişi Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Bosniya Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiç imzalayıblar.

Sonra qonaqlar FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalı İctimaiyyətlə əlaqə idarəsinin Multimedia mərkəzinin fəaliyyəti ilə yerində tanış olublar.

Emin QASIMOV,

Respublika”.