Azərbaycan ilə Qazaxıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq müzakirə edilib
Digər xəbərlər

Azərbaycan ilə Qazaxıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq müzakirə edilib

Qazaxıstan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 18- bu ölkənin müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Astana şəhərində rəsmi qarşılanma mərasimi təşkil edilib. Müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib protokola uyğun olaraq general-polkovnik Z.Həsənov fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Sonra Qazaxıstan Respublikasının Müdafiə Nazirliyində görüş keçirilib.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.