Azərbaycan millisinin Avstriya ilə oyun üçün “23-lüy”ü bəlli olub
İdman

Azərbaycan millisinin Avstriya ilə oyun üçün “23-lüy”ü bəlli olub

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə bugünkü oyun üçün “23-lüy”ü bəlli olub.

"Respublika" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Canni de Byazi sərəncamında olan 25 futbolçudan ikisinin adını sifariş ərizəsinə daxil etməyib.

Bunlar Türkiyənin “Tuzlaspor” klubunun müdafiəçisi Bəxtiyar Həsənalızadə və “Səbail”in yarımmüdafiəçisi Yusif Nəbiyevdir.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – Avstriya oyunu saat 20:00-da başlayacaq.