Azərbaycan neftinin qiyməti 93 dolları ötüb
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 93 dolları ötüb

Dünya bazarında Azərbaycan nefti bahalaşıb.

"Respublika" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1 dollar və ya 1,1 faiz artaraq 93,06 dollar olub.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.