Azərbaycan-Rusiya Birgə Komissiyasının 24-cü görüşü videokonfrans şəklində keçirilib.
Sosial həyat

Azərbaycan-Rusiya Birgə Komissiyasının 24-cü görüşü videokonfrans şəklində keçirilib.

Azərbaycan-Rusiya Birgə Komissiyasının 24-cü görüşü videokonfrans şəklində keçirilib.

“Respublika” xəbər verir ki, Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişə əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının  bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 24-cü görüşü 06 iyul 2023-cü il tarixində videokonfrans şəklində keçirilib.
Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin əməkdaşları Elçin Məmmədov, Elxan Hüseynov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər və Xarici İşlər Nazirliklərinin, eləcədə Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.
Keçirilən görüşdə bir sıra məsələlər müzakirə
edilib. Belə ki, Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü və monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılıb. Müzakirələrin nəticəsində görüləcək tədbirlər barədə birgə müvafiq protokol imzalanıb.

Nəriman  Cavadov,

“Respublika”.