Azərbaycan və Ermənistanın XİN rəhbərləri Qazaxıstanda görüşə bilərlər
Diaspora

Azərbaycan və Ermənistanın XİN rəhbərləri Qazaxıstanda görüşə bilərlər

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov erməni həmkarı Ararat Mirzoyanla Qazaxıstanda görüş keçirə bilər.

“Vestnik Kavkaza”nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı danışıb. Dövlət başçısı bildirib ki, Qazaxıstan bizə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə ev sahibliyi etmək təklifi ilə müraciət edib. Biz bununla razılaşdıq və bildirdik ki, İrəvan da təsdiqləyərsə, Astanada təmaslar baş tuta bilər.

Xatırladaq ki, bu ilin martında Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev əvvəlcə Azərbaycanda olub, sonra Ermənistana gedib. O, səfərləri çərçivəsində Cənubi Qafqazda münasibətlərin normallaşdırılması üçün tərəflərin səylərini dəstəkləməyə hazır olduğunu deyib.

Jalə QASIMZADƏ,

“Respublika”.