Torontodakı icmamız Ermənistanın ekoloji təxribatı ilə bağlı kanadalı parlamentarlara müraciət edib
Diaspora

Torontodakı icmamız Ermənistanın ekoloji təxribatı ilə bağlı kanadalı parlamentarlara müraciət edib

24 iyun DİDK-dən bildirilir ki, Kanadanın Toronto şəhərində yaşayan Azərbaycan icması ölkəmizlə sərhəddə Ermənistanın ekoloji durumun gərginləşdirilməsi istiqamətində atdığı növbəti yolverilməz addımla bağlı yerli və beynəlxalq ictimaiyyətə müraciət edib.

“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi adından Kanada parlamentinin üzvlərinə və “Greenpeace” beynəlxalq ekoloji təşkilatına ünvanlanan bəyanatda bildirilib ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə – Yerasx (Arazdəyən) kəndində Ermənistanın 16 500 kvadratmetr sahədə illik  istehsal  gücü 180 000 ton olan iri metallurgiya zavodu tikməsi Azərbaycan əsilli kanadalılarda dərin narahatlıq hissi doğurub.

Belə zavodun inşası Ermənistan tərəfindən beynəlxalq hüquq norma və prinsiplərinin, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəlarının kobud surətdə pozulması kimi dəyərləndirilib.

“Respublika”.