Azərbaycanın Baş naziri Əli Əsədov ilə Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarov arasında telefon danışığı olub
Siyasət

Azərbaycanın Baş naziri Əli Əsədov ilə Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarov arasında telefon danışığı olub

Fevralın 16-da Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarov Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Akılbek Japarov Əli Əsədovu Azərbaycan Respublikasının Baş naziri təyin olunması münasibətilə təbrik edib.

Söhbət zamanı Azərbaycan ilə Qırğızıstan arasında strateji tərəfdaşlığın hərtərəfli inkişafından məmnunluq ifadə olunub.

Tərəflər Azərbaycan-Qırğızıstan qarşılıqlı faydalı əməkdaşlığının inkişaf perspektivlərini də müzakirə ediblər.