Azərbaycanın öz mövqeyini dünyaya çatdırması üçün uğurlu platforma
Siyasət

Azərbaycanın öz mövqeyini dünyaya çatdırması üçün uğurlu platforma

IX Qlobal Bakı Forumunun keçirilməsindən bir il ötür

Ötən il iyun ayının 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 50-dən çox ölkənin, eləcə nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumu keçirilib.

Öncəliklə vurğulamaq lazımdır ki, Azərbaycanda təşkil edilən IX Qlobal Bakı Forumu digər beynəlxalq forumlardan miqyasına məzmun genişliyinə görə ciddi şəkildə fərqlənib. Bu isə o deməkdir ki, Azərbaycan hər zaman olduğu kimi, yenə qlobal xarakterli mövzuların, məsələlərin müzakirəsini təşkil edir, bu istiqamətdə yetərincə ciddi fəallıq göstərir, öz ev sahibliyi, təşkilatçılığı, təşəbbüskarlığı ilə beynəlxalq siyasətə növbəti töhfələr verir.

Sözügedən forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər müzakirə olunub. Eyni zamanda dünyada təhlükəsizliyin sülhün təmin olunması üçün perspektivlər, regionda sülh əməkdaşlıq, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida kənd təsərrüfatı sektorunun transformasiyası kimi məsələlər forumda müzakirə mövzusu olub. Qeyd edək ki, forumun qarşısında duran məsələlərdən biri aparıcı beynəlxalq institutların ərzaq böhranı ilə mübarizədə rolu olub.

IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, təhlükəsizlik məsələləri beynəlxalq arenada, gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib: "Eyni zamanda, mən əminəm ki, Avropadakı cari vəziyyət barədə açıq müzakirələrin aparılması tələb olunur. Qlobal Bakı Forumu bunun üçün mükəmməl platforma olaraq çıxış edir. Bu Forum müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv bir Forumdur hesab edirəm ki, bu, belə olmalıdır. Çünki biz hamımız dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq". Dövlət başçısı, eyni zamanda Qarabağ münaqişəsinin həllinin regionda sülh təhlükəsizliyin təmin olunması baxımından böyük əhəmiyyət daşıdığını bu münaqişənin həllinin bölgədə sülh üçün bir fürsət olduğunu bildirib. Cənab Prezident Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası işləri ilə bağlı hazırkı vəziyyət barəsində məlumat verib bölgədə kommunikasiyaların bərpasının, xüsusilə Zəngəzur dəhlizinin açılmasının gələcək regional sülhün fundamental elementlərindən olduğunu bildirib. Bakı Forumunda səslənən çağırış mesajlar perspektivdə vacib qərarların qəbul edilməsinə əlverişli imkan yaradacaq təhlükəsiz dünya naminə atılan addım kimi qəbul edilən qərarların müsbət yönümdə davamı olacaqdır. Xüsusi vurğulamaq lazımdır ki, Qlobal Bakı Forumu dünya ictimaiyyətini dərindən narahat edən məsələlərin həlli yollarını araşdıran bu istiqamətdə müzakirələr apara bilən müstəqil beynəlxalq platformaya çevrilib. Belə ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013- ildən keçirilən Qlobal Bakı forumlarında dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət, etnik digər zəmində baş verən münaqişələr bir sıra digər qlobal problemlər geniş müzakirə edilib, onların həlli yollarının tapılması istiqamətində təhlillər aparılıb.

IX Qlobal Bakı Forumu universal xarakter daşıyıb beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar digər məsələləri əhatə edib. Yəni Qlobal Bakı Forumu adından da göründüyü kimi, bütün qlobal məsələlərin müzakirə edildiyi beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzində olub tarixə düşüb. Beləliklə, IX Qlobal Bakı Forumu Prezident İlham Əliyevin düşünülmüş, qətiyyətli siyasətinin növbəti uğurudur. Eyni zamanda Azərbaycanın belə forumlara ev sahibliyi etməsi dövlətimizin qlobal sülhə töhfə verən güc kimi mövqeyini bir daha nümayiş etdirib. Qeyd edək ki, ümumiyyətlə, bu cür beynəlxalq tədbirlər Azərbaycanın öz mövqeyini dünyaya çatdırması üçün uğurlu ptatforma rolunu oynayır.

Nuranə DAXİLQIZI,

"Respublika".