Azərbaycanın taleyini dəyişən qayıdış
Siyasət

Azərbaycanın taleyini dəyişən qayıdış

Müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri yaddaşlara dərindən hopmuş, hər bir azərbaycanlının qəlbində silinməz iz qoyaraq tariximizin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Heydər Əliyevin həyat yolunun möhtəşəm salnaməsini vərəqləyərkən göz önündə Azərbaycan tarixinin çətin şərəfli bir dövrünün dolğun mənzərəsi canlanır. Xalqımızın yetişdirdiyi bu dahi şəxsiyyətin bütün fəaliyyətinin Azərbaycanın inkişaf yolu ilə sıx vəhdət təşkil etdiyini bir daha aydın şəkildə görürük. Heydər Əliyev siyasi fəaliyyətinin başlıca vektorunu milli dövlətçilik ideyasının əsas məqsədinə-müstəqil demokratik dövlət uğrunda mübarizəyə istiqamətləndirmişdi.

Azərbaycan tarixinin ən şərəfli anlarından olan Milli Qurtuluş Günündən 30 il ötür. Ümummilli lider Heydər Əliyevin tarixi qayıdışını ifadə edən Milli Qurtuluş Günü Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonra tariximizin dönüş nöqtəsini təşkil etmişdir. AXC-Müsavat hakimiyyətinin yaratdığı problemlər, xaos, anarxiya, iqtisadi tənəzzül, inflyasiya, erməni təcavüzünün genişlənməsi, ölkənin cənubunda şimalında tüğyan edən separatizm, beynəlxalq təcridlə müşayiət olunan ağır hərtərəfli böhran yalnız Heydər Əliyevin qayıdışı sayəsində aradan qaldırıldı. Bu, sözün əsl mənasında, Azərbaycanın xilası demək idi. O dövrdə müstəqilliyinə yeni qovuşmuş ölkəmizdə hakimiyyət dairələrinin xəyanətkar səriştəsiz idarəçiliyi nəticəsində 1993- ilin may-iyun aylarında siyasi böhran son həddə çatmış, respublika vətəndaş müharibəsi müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Belə şəraitdə xalqın təkidli xahişi ilə Bakıya gələn Heydər Əliyev 1993- il iyunun 15- Azərbaycan Ali Sovetinin Sədri seçildi. Beləliklə, onun Azərbaycana rəhbərliyinin ikinci dövrü başladı. Heydər Əliyevin möhkəm iradəsi, idarəçilik məharəti qətiyyətli siyasi mövqeyi sayəsində Azərbaycan dövlətçiliyinin məhv edilməsi, vətəndaş müharibəsi ölkənin parçalanması təhlükəsi aradan qalxdı. Həmin gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. 1993- il oktyabrın 3- ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı". Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə qüvvə məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993- il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.

Heydər Əliyev ümummilli lider olaraq xilaskarlıq missiyası ilə gəlmişdi. O, hakimiyyətə qayıtdı qətiyyətlə, inamla bəyan etdi: "Azərbaycan dövlətinin müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olcaqdır, dönməz olacaqdır Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır". Təbii ki, bu gün hər birimiz bunun şahidləriyik. Görkəmli dövlət xadimi, dünyamiqyaslı siyasətçi, Azərbaycan Milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan inkişaf etdirən qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat fəaliyyəti müasir tariximizin ən mühüm şərəfli mərhələsini təşkil edir. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunmuşdur. Ölkəmizin hər yerində bu böyük şəxsiyyətin 100 illiyi xalqın yüksək ehtiramı ilə geniş qeyd edilir. Bu günlər hər birimiz Heydər Əliyevin Vətən millət qarşısında misilsiz tarixi xidmətlərini bir daha minnətdarlıq hissi ilə xatırlayırıq.

Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində, Azərbaycanın iqtisadi cəhətdən müstəqil, siyasi cəhətdən azad dövlət kimi təşəkkül tapmasında müstəsna rol oynamışdır. Bugünkü Azərbaycanın sürətli inkişafının təməl daşları da məhz Heydər Əliyevin qüdrətli əlləri ilə hörülmüşdür. Ulu Öndər güclü şəxsiyyət, fenomenal siyasətçi dövlət xadimi idi. Tarix onu nadir şəxsiyyət, güclü dövlət xadimi, məqsədinə doğru inamla irəliləyən insan əfsanəvi xadim kimi xatırlayır. Müstəqilliyin bərpasından sonra Heydər Əliyevin ölkə həyatının bütün sahələrində apardığı islahatlar, çoxsaylı proqramlar, nəhəng layihələr Azərbaycanı dünya miqyasında tanınan bir məmləkətə çevirdi. Ulu Öndər Heydər Əliyev bütün məsuliyyəti öz üzərinə götürərək, xalqla birlikdə böyük çətinlikləri aradan qaldıraraq, bugünkü müasir Azərbaycanın təməlini qoydu. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinə qısa baxış bir daha belə bir ümumiləşdirməyə reallığı təsdiqləməyə əsas verir ki, bugünkü müasir müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir. Bu gün onu da əminliklə deyə bilərik ki, 1993-2003- illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu. Ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalan Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu gün ən yüksək zirvədədir.

Böyük şəxsiyyət, fenomenal siyasətçi dövlət xadimi Heydər Əliyevin ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Heydər Əliyev idarəetmənin ustadı siyasətin kamil bilicisi idi. Ulu Öndər deyirdi: "Reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə tərəqqisinə xidmət edir".

Müstəqil dövlətçilik tariximizin ən qürurlu günlərini yaşadığımız bu günlərdə qazandığımız möhtəşəm zəfər möhtərəm Prezidentimizin həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsidir. Dövlət başçımızın qətiyyətli mövqeyi möhkəm iradəsi sayəsində müzəffər Azərbaycan Ordusu işğal altındakı ərazilərimizi azad edərək, xalqımıza sevinc bəxş etdi, Qarabağın işğaldan azad edilməsinin zəruri əsaslarını yaradan Ulu Öndərin böyük arzusunu da uğurla gerçəkləşdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən söylədiyi "Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!" fikirləri özündə bütün məqamları ehtiva edir". Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycan təkcə Şərqdən Qərbə Qərbdən Şərqə gedən yolların baş keçidi deyil, habelə siyasi-iqtisadi maraqların, dinlərin, mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkan, qarşılıqlı tamamlanma vəhdət rəmzidir. Doğma Azərbaycanımızın son illərdə əldə etdiyi nailiyyətlər, sözün həqiqi mənasında, əsası ulu öndər tərəfindən qoyulmuş ölkənin inkişaf strategiyasının yeni mərhələdə, dövrün çağırışlarına uyğun onun layiqli varisi tərəfindən inamlı davamının nəticəsidir. Ölkə vətəndaşları, bütün dünya azərbaycanlıları ürəkdən inanırlar ki, Heydər Əliyevin bizlərə ərməğan etdiyi bugünkü müstəqil Azərbaycan öz uğurları ilə hələ bundan sonra da dünyanı heyrətləndirməkdə davam edəcək.

Əliyar ƏSGƏROV,

adamı.