Azərbaycanın yol xəritəsi alternativsizdir
Digər xəbərlər

Azərbaycanın yol xəritəsi alternativsizdir

"Brüsseldə gerçəkləşən növbəti görüşdə nəzərəçarpan ən önəmli məqam Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü Avropa İttifaqı platformasında etiraf etməsi bu etirafın Şurasının Prezidenti Şarl Mişelin yekun bəyanatında yer almasıdır".

Bu fikirlərin müəllifi Milli Məclisin deputatı Azər Kərimli bizimlə söhbətində daha sonra qeyd etdi ki, Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Avropa İttifaqı Şurası Prezidentinin vasitəçiliyi ilə Brüsseldə baş tutan görüşün nəticələri danışıqların rəsmi Bakının təqdim etdiyi sülh paketi çərçivəsində, regiondakı mövcud reallıqlara beynəlxalq hüququn norma prinsiplərinə əsaslanan istiqamətlər üzrə aparıldığını nümayiş etdirir.

Məlum olduğu kimi, Prezidentinin görüşün nəticələri ilə bağlı açıqladığı bəyanatda 1991-ci ildə qəbul edilən Alma-Ata Bəyannaməsinə istinad olunmaqla yanaşı, Ermənistanın 29,800 kvadratkilometr, Azərbaycanın isə 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığı xüsusi olaraq vurğulanır. Bu isə öz növbəsində rəsmi İrəvanın daha öncə manipulyasiya etdiyi müxtəlif adlar altında təqdimatına səy göstərdiyi yanaşmalarından geriyə çəkilmək məcburiyyətində qaldığını sübuta yetirir. Bu baxımdan, Brüssel görüşündə əldə olunan yekun nəticə, istisnasız olaraq, Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir.

Avropa İttifaqı Şurası Prezidentinin yekun bəyanatında Zəngəzur dəhlizinin açılmasının zəruriliyinin vurğulanması, rəsmi İrəvanın sözügedən məsələ ilə bağlı üzərinə götürdüyü öhdəliklərin etirafı, Azərbaycanın təşəbbüsü ilə gerçəkləşdiriləcək Zəngəzur dəhlizi layihəsinin Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəklənməsi deməkdir.

Brüsseldə baş tutan görüş, eyni zamanda sübuta yetirdi ki, Azərbaycanın bölgəyə davamlı sülh vəd edən təşəbbüslərinin qarşılığında Ermənistanın təqdim edəcəyi hər hansı bir alternativ yoxdur.

Bu baxımdan, -nin Cənubi Qafqazda sülhün bərqərar olunmasını özünün geostrateji prioritetlərinin sırasına daxil etdiyini vurğulaması Azərbaycanın təşviq etdiyi sülh gündəliyinin bölgənin təhlükəsizliyi inkişafı üçün yeganə yol xəritəsi olduğunu bir daha təsdiqləyir.

M.QULUYEV,

"Respublika".