Bakı dünyanın diqqət mərkəzində
Siyasət

Bakı dünyanın diqqət mərkəzində

Qlobal Bakı Forumu Antalya Diplomatik Forumu, Münxen Təhlükəsizlik Konfransı, Davos Dünya İqtisadi Forumu kimi yüksək səviyyədə təşkil olunur və həyata keçirilir.

Azərbaycanın bu forumu təşkil etməsinin digər səbəbi odur ki, ölkəmiz işğal edilmiş ərazilərini öz gücü ilə azad edib. Bu da onun beynəlxalq reputasiyasının artmasına təkan verir. Bu gün artıq dünya dövlətləri Azərbaycanla hesablaşırlar. Ona görə ki, Azərbaycanın mövqeyi, yürütdüyü uğurlu daxili və xarici siyasət birbaşa dövlətin gələcək imicinin göstəricisidir. Dünyanın bütün ölkələrinin, güc mərkəzlərinin, ilk diqqət etdikləri məhz dövlətin yürütdüyü siyasət, onun mövcud resurslarına uyğunluğu, eyni zamanda ölkənin etibarlılıq anlayışı olur. Bu baxımdan hesab edirəm ki, həm cənab Prezidentin reputasiyası, şəxsi keyfiyyətləri onun siyasətində özünü göstərir və dünya liderləri də buna xüsusi diqqət yetirirlər. Həm də dövlətin formalaşmış imici bu forumun daha keyfiyyətli, yüksək səviyyədə təşkil olunmasını özündə ehtiva edir. Son bir neçə ildə keçirilən forumlar mahiyyət etibarilə ölkəmizin dövlətin yeni dövrə keçməsindən xəbər verir. Çünki biz 2020-ci ildə ərazilərimizi işğaldan azad etməklə bu prosesi daha üstün bir mərhələyə keçirdik. Ona görə düşünürəm ki, Qlobal Bakı Forumu digər forumlardan heç də geri qalmır. Deyərdim ki, hətta bir çox xüsusiyyətlərinə görə daha üstündür.

Samir HÜMBƏTOV,

politoloq.