Bakıda MDB-nin paytaxt polis rəislərinin iclası keçirilib
Digər xəbərlər

Bakıda MDB-nin paytaxt polis rəislərinin iclası keçirilib

İyunun 14- Daxili İşlər Nazirliyində (DİN) Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin daxili işlər orqanlarının paytaxt qurumları rəhbərlərinin növbəti iclası keçirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.

Tədbiri giriş sözü ilə açan daxili işlər naziri iclasın işinə uğurlar arzulayıb. O, gündəlikdəki bütün məsələlərin aktuallığını, onların daxili işlər orqanlarının qarşısında duran, günümüzün reallıqları ilə uzlaşan vəzifələrə uyğun olduğunu qeyd edib, paytaxt şəhərlərində təhlükəsizliyin təmin olunmasına, cinayətkarlığa qarşı mübarizənin effektivliyinin artırılmasına həsr olunmuş müzakirələrin əməkdaşlığın daha da intensivləşməsinə genişləndirilməsinə yeni impuls verəcəyinə əminliyini bildirib.

Vilayət Eyvazov iclas iştirakçılarına respublikadakı kriminogen durum, həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirib ki, cinayətkarlığın qarşısının alınması açılması işinin səmərəli təşkili, ictimai asayişin təhlükəsizliyin etibarlı təmini ölkələrimizin xalqlarımızın mənafeyinə xidmət edir. Bu məqsədlərə çatmaq üçün birgə səylər daha da gücləndirilməli, məqsədyönlü davamlı olmalıdır.

Qonaqların nəzərinə çatdırılıb ki, hərtərəfli islahatlar modernləşmə cinayətkarlığın, onun transmilli mütəşəkkil növlərinin təhdidlərinə qarşı adekvat cavab tədbirlərinin görülməsinə imkan verir. Cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində əldə olunan müsbət nəticələrin məntiqi nəticəsi kimi, Azərbaycan özünün sabit təhlükəsiz ölkə imicini təsdiqləyib. Paytaxtı Bakı şəhəri beynəlxalq əhəmiyyətli siyasi, mədəni idman tədbirlərinin, o cümlədən zirvə görüşlərinin, konfransların, humanitar forumların, dünya Avropa çempionatlarının keçirildiyi məkana çevrilib.

Mövcud problemlərə toxunan daxili işlər naziri transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya kibercinayətkarlıq ilə mübarizənin diqqət mərkəzində dayandığını, yeni təhdid çağırışlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.

Çıxışının sonunda general-polkovnik Vilayət Eyvazov iclasda aparılacaq müzakirələrin əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirəcəyinə, iştirakçılara öz həmkarlarının təcrübəsindən faydalanmaq imkanı, bütövlükdə, cinayətkarlığa qarşı mübarizəyə layiqli töhfələr verəcəyinə əmin olduğunu bildirib.

Sonra iclas iştirakçıları xatirə şəkli çəkdiriblər.

İşçi qaydada davam etdirilən iclasda əməkdaşlığın prioritet istiqamətləri perspektivləri, narkotiklərin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, habelə transmilli mütəşəkkil cinayətkarlığın digər növləri ilə mübarizə, informasiya mübadiləsinin intensivləşdirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Sonda növbəti iclasın Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilməsi qərara alınıb.