Beynəlxalq sertifikat yenilənib
Digər xəbərlər

Beynəlxalq sertifikat yenilənib

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin ISO 37001 - “Rüşvətə qarşı idarəetmə sistemi” beynəlxalq sertifikatı yenilənib. 12 iyun FHN-nin mətbuat xidmətindən bildirilir.

ISO 37001 standartı Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən 2016-cı ildə təsis edilib və rüşvətə qarşı mübarizə sahəsində qlobal səviyyədə qəbul edilmiş yeganə standart hesab edilir.

ISO 37001 standartının tətbiqi Agentliyə fəaliyyəti ilə əlaqəli rüşvət riskinin müəyyən edilməsi, idarə edilməsi, rüşvətlə bağlı korporativ risklərin azalması, rüşvətə qarşı beynəlxalq normalara riayət edilməsi, qabaqcıl təcrübələrin və hüquqi tələblərin tətbiq edilməsi sahəsində üstünlüklər verir. Eyni zamanda, maraqlı tərəflərə qurumun rüşvət hallarının qarşısını almaq üçün müsbət addımlar atdığına dair təminat verir. Rüşvət əleyhinə ən yaxşı təcrübələri özündə birləşdirən ISO 37001 standartı, həmçinin idarəetmədə şəffaflığın artırılmasına da zəmin yaradır.

 “Respublika”.