Böyük Britaniyada ənənəvi kütləvi heyvan qətli
Dünya xəbərləri

Böyük Britaniyada ənənəvi kütləvi heyvan qətli

Böyük Britaniyada yerləşən Ambassador Cruise Line şirkətinə məxsus Ambition kruiz gəmisinin göyərtəsində olan sərnişinlər bazar günü Danimarka ərazisindəki Tórshavn limanında istirahət edərkən dəhşətli mənzərəyə, yerli xalqın qəribə ənənəsinə şahid olublar. 

"Respublika" xəbər verir ki, bu barədə Böyük Britaniyanın "NPR" saytı məlumat yayıb.

Həmin ərazinin sakinləri 100-ə yaxın pilot balina öldürüb.  Heyvanın ətləri gələn qonaqlara satılır. Səyahətə çıxan sərnişinlər arasında Avropa sularında balinaları və delfinləri qorumağa çalışan, dəniz canlılarını müdafiə edən ORCA qrupunun mühafizəçiləri və Səfir də olub. 

ORCA şirkəti tərəfindən paylaşılan və səfirin təsdiq etdiyi hesabatda, 40-dan çox kiçik qayıq və reaktiv xizəklərin balinaları çimərliyə apardığını və burada 150 nəfərin heyvanları qarmaqlarla sahilə çıxarıb və nizələrlə öldürdüyünü bildirib.

Səfir Cruise Line ovun gəminin yaxınlığında baş verməsindən inanılmaz dərəcədə məyus olduğunu və buna qəti şəkildə etiraz etdiyini bildirib. Şirkət qonaqlarından yerli balina və delfin ətini almaqla, ovçulara dəstək olmamaqla bağlı xahiş edib.

Töhfə SƏMƏDOVA,

"Respublika".