Buğda bitkisində pas xəstəliklərə qarşı mübarizə
İQTİSADİYYAT

Buğda bitkisində pas xəstəliklərə qarşı mübarizə

Azərbaycanda buğda bitkisində pas xəstəliklərinin idarə edilməsinə həsr olunmuş konfrans keçirilib. Konfransda Kənd Təsərrüfatı Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Türkiyə ofisinin mütəxəssisləri və elmi-tədqiqat institutlarının nümayəndələri iştirak edib. Bu haqda Nazirliyin mətbuat xidmətindən bildirilir.

Konfransda çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rafail Quliyev ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib, taxıl istehsalının artırılmasında düzgün aqrotexniki qulluğun əhəmiyyətini qeyd edib.

Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov hazırlanmış “Milli strateji program və fövqəladə hal planı” barədə məlumat verərək regional əməkdaşlığın, eləcə də ölkələr arasında məlumat mübadiləsinin rolunun əhəmiyyətini qeyd edib və bu sənədin ölkəmiz üçün gələcək risklərdən müdafiə olunmasının vacibliyini nəzərə çatdırıb.

Sonra çıxış edənlər qlobal iqlim dəyişikliyinin aqrar sektora təsiri, buğda bitkisinin xəstəlikləri üzrə həyata keçirilən tədqiqat işləri, buğda pası xəstəliklərinin qarşısının alınması və idarə olunması üçün milli strategiya və fövqalədə hallar planının layihəsi barədə məlumat veriblər.

Konfrans öz işini buğda pası xəstəliyi ilə bağlı yarana biləcək risklərə qarşı həyata keçiriləcək tədbirlərlə bağlı panel müzakirələrlə davam etdirib.

 “Respublika”.