Cənnətim Qarabağ...
Sosial həyat

Cənnətim Qarabağ...

Heydər Əliyev Fondunun gördüyü işlər möhtəşəm dönüşümüzü yaxınlaşdırır

Vətən müharibəsindən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işlərinə başlandı. Dövlət başçısının "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" 2020-ci il 29 oktyabr tarixli Fərmanına əsasən mədəniyyət nazirliyinin nümayəndələri işğaldan azad olunmuş ərazilərdə tarix mədəniyyət obyektlərinin (abidələrin müəssisələrin) ilkin inventarlaşdırılması mühafizəsi məqsədilə monitorinqlərə başladılar. Monitorinqlər zamanı tamamilə dağıdılmış 571 mədəniyyət müəssisəsi aşkar edildi.

Təəssüflə qeyd etməliyik ki, işğaldan azad olunmuş ərazilərdəki məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılmış, eyni zamanda bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli-mənəvi dəyərləri təhqir edilmişdir.

İşğaldan azad olunmuş ərazilərin bərpası məsələsi Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" əksini tapıb. Belə ki, məsələ növbəti illərdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olaraq qalır. Bu isə ölkə rəhbərliyinin işğaldan azad olunmuş ərazilərin bərpasına böyük əhəmiyyət verdiyini təsdiqləyir. Prezident İlham Əliyev bununla bağlı deyib: "Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin".

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə reallaşdırılan bərpa proqramı çərçivəsində, həmçinin üç onillik ərzində erməni vandallarının dağıtdığı, təhqir etdiyi mədəni-dini abidələrimizin yenidən qurulması diqqət mərkəzindədir bu istiqamətdə işlər uğurla gedir. Bu işdə Heydər Əliyev Fondu xüsusi fərqlənir.

2021-ci il dekabrın 13- Heydər Əliyev Mərkəzində keçirilən "İşğaldan azad olunmuş ərazilərdə mədəni irs abidələrinin bərpası üzrə layihələr: hədəflər, çağırışlar, xüsusiyyətlər, perspektivlər" mövzusunda dəyirmi masada Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov çıxış edərkən deyib ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2020-ci il dekabrın 8- Fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan edib. Bununla da, Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə regionda icrasına başlanılan layihəyə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər dəvət olunublar. Hazırda bərpa prosesinə Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan digər ölkələrdən mütəxəssislər cəlb edilib.

Heydər Əliyev Fondunun işğaldan azad olunan ərazilər üzrə layihəsinin icrası üçün xüsusi işçi qrupu yaradılıb bərpa olunacaq abidələrin öyrənilməsi məqsədilə ilkin qiymətləndirmə aparılıb. Bərpa işləri dini mənsubiyyətindən asılı olmayaraq bütün abidələri əhatə edir. Abidələrin yenidən qurulması zamanı onların ilkin, yəni autentik simasının pozulmaması prinsipi əsas götürülür. Bununla əlaqədar beynəlxalq təcrübə öyrənilir abidələrin bərpası, konservasiyası yenidən qurulması üzrə işlərdə, həmçinin mütərəqqi üsullar tətbiq edilir.

Ötən müddət ərzində Fond artıq bir sıra mədəniyyət abidələrinin bərpasını başa çatdırıb. 2021-ci ilin avqustunda Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa yenidənqurma işləri yekunlaşıb kompleks istifadəyə verilib. Həmçinin dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstü, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəli Fondun dəstəyi ilə yenidən qurulub. Şuşada Aşağı Gövhər Ağa Yuxarı Gövhər Ağa, Saatlı məscidlərində, Ağdamın Cümə, Qiyaslı məscidlərində bərpa işləri həyata keçirilir. "Qarabağ" hoteli bərpa edilib, "Xarıbülbül" hoteli istifadəyə verilib, yeni hotelin muzey mərkəzinin təməli qoyulub. Bərpa işlərinin aparılmasında Heydər Əliyev Fondunun yaxından dəstəyi olub. Davamlı olaraq digər şəhər kəndlərdə dini tikililərin bərpası aparılıb. Tərtər, Bərdə, Füzuli s. şəhərlərdə ziyan dəymiş yaşayış evləri bərpa olunur ya yenidən tikilir. Artıq qədim Şuşanın tarixi hissəsi qorunub saxlanılmaqla Baş planı işlənib təsdiq olunub. Birinci mərhələdə 25 yaşayış evinin inşası nəzərdə tutulur. Qərara alınıb ki, ermənilərin tamamilə dağıtdığı Mamayi Merdinli məhəllə məscidləri arxiv materiallarına əsasən, olduğu kimi yenidən inşa olunsun. Fond bu istiqamətdə fəaliyyətə başlayıb.

Mayın 9-da Şuşada Mehmandarovlar malikanə-kompleksinin açılışı olub. 2021-ci ilin oktyabr ayından etibarən Mehmandarovların malikanə-kompleksində, ərazidəki ailə məscidi bulaqda təmir-bərpa işlərinə başlanılıb, bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Görülmüş işlərdən sonra malikanə-kompleksində muzey ekspozisiyası qurulub. Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin, Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri başa çatdırılıb. Şuşada Milli Xalça Muzeyinin Şuşa filialının, "Dəmir yumruq" küçəsinin lövhəsinin açılışı olub.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşada keçirilən tədbirdə Azərbaycan xalqına müraciətində bildirib ki, bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir: "Biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq, Qarabağın Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, ulu öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23- Azərbaycan-Ermənistan sərhədində sərhəd-nəzarət-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə mülki missiyamızı, bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik".

Şuşada ilkin bərpaolunan binalardan biri Qazançı kilsəsidir. Bütün digər tarix-mədəniyyət abidələrimiz kimi, Qazançı kilsəsinin ilkin bədii-estetik görkəminə uyğun bərpa edilməsi nəzərdə tutulur. Şəhərdə Şirin su hamamında, Köçərli küçəsi 6 ünvanındakı yaşayış evində, Sadıqcanın, Mir Möhsün Nəvvabın evlərinin bərpası hazırlanan bərpa layihələrinə əsasən davam etdirilir.

Avstriyanın "Partner Consulting+Project" şirkəti tərəfindən Pənahəli xanın Ağdamdakı "İmarət" kompleksində saray türbələrin bərpa konservasiyası işləri davam etdirilir.

Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bu işlər milli-mənəvi dəyərlərimizin qorunmasının prioritetlərini təsdiqləməklə, həm o diyarı cənnətə, gülüstana çevirir. Görülən bu işlər "Böyük Qayıdış"ı addım-addım yaxınlaşdırır.

Zümrüd QURBANQIZI,

"Respublika".