Ceyhun Bayramov İƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək
Siyasət

Ceyhun Bayramov İƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov noyabrın 10-da Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb.

"Respublika" xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, səfər çərçivəsində nazir İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.