Çin və Rusiya pandemiyadan sonrakı Şimali Koreyaya ilk səfərlərini edib
Dünya xəbərləri

Çin və Rusiya pandemiyadan sonrakı Şimali Koreyaya ilk səfərlərini edib

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyəti Çin nümayəndə heyəti ilə birlikdə Şimali Koreyaya gəlib.

"Respublika" "BBC"yə istinadən bildirir ki, onlar Pxenyanın adətən kütləvi hərbi paradlarla qeyd olunan Koreya Müharibəsinin bitməsinin 70-ci ildönümünü qeyd etmələrində iştirak edəcəklər. 

Bu, Şimali Koreyanın pandemiyadan qorunmaq üçün sərhədlərini bağlamasından sonra ilk səfərdir. Pandemiya səbəbi ilə Şimali Koreya əsas iqtisadi və siyasi tərəfdaşları olan Rusiya və Çinlə də bütün ticarət və diplomatik əlaqələri kəsmişdi.

Töhfə SƏMƏDOVA,

"Respublika".