Polşa  1000 hərbçini Belarusla sərhədə göndərməyi planlaşdırır
Dünya xəbərləri

Polşa 1000 hərbçini Belarusla sərhədə göndərməyi planlaşdırır

Polşa-Belarus sərhədində bəziləri zorakılıq xarakteri daşıyan bir sıra insidentlər baş verib. 

"Respublika" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, Polşa daxili işlər nazirinin müavini Vasik Maçey sərhəddəki hadisələrdən sonra Polşa Sərhəd Mühafizəçilərinin ölkənin Belarus sərhədinə əlavə 1000 əsgər göndərilməsini istədiyini qeyd edib. 

Qeyri-qanuni immiqrasiya ilə mübarizənin bütün prosesinin Belarus Sərhəd Mühafizəsi tərəfindən təşkil edildiyini bildirən Vasik Belarus sərhədində Polşa əsgərlərini hədəf alan təcavüzün səviyyəsinin artdığını diqqətə çatdırıb.

Nəzrin ELDARQIZI,

"Respublika".