Daha bir ölkə İran yanacağından imtina etdi
Dünya xəbərləri

Daha bir ölkə İran yanacağından imtina etdi

Taliban İran yanacağından imtina edib. 

“Respublika” xəbər verir ki, bu barədə Əfqanıstanın Milli Standartlar İdarəsi “Twitter” hesabında məlumat yayıb. Bildirilib ki, standartlara uyğun olmadığına görə 40 tanker İran yanacağı geri qaytarılıb. 

Qeyd edək ki, bir müddət öncə də Taliban hökuməti İrana məxsus 45 tanker İran benzinini geri yollamışdı. 

Jalə QASIMZADƏ, 
“Respublika”.