Çinin xarici işlər naziri vəzifəsindən azad edildi
Dünya xəbərləri

Çinin xarici işlər naziri vəzifəsindən azad edildi

Çin Xarici İşlər Nazirliyi bir aydır ondan xəbər alınmayan naziri vəzifəsindən azad edib və onun yerinə Vanq Yinin gətirildiyini açıqlayıb.

“Respublika” “Hürriyət”ə istinadən xəbər verir ki, Çinin xarici işlər naziri Qin Qanqın son günlər paytaxt Pekində sıx diplomatik gediş-gəliş olmasına baxmayaraq, heç bir görüş və ya tədbirə qatılmaması Çin nazirinin harada olduğu ilə bağlı spekulyasiyalara səbəb olub.

Nazirdən bir aydır xəbər ala bilməyən Xarici İşlər Nazirliyi hərəkətə keçib. Qin Qanq sonuncu dəfə iyunun 25-də Rusiya, Vyetnam və Şri-Lanka xarici işlər nazirləri ilə görüşlər zamanı görülüb. Nazir Pekin administrasiyası səfərindən 2 gün əvvəl Borrelin səfərini ləğv edib. Qin Qang həmçinin ABŞ Maliyyə naziri Janet Yellen və ABŞ-ın İqlim üzrə Xüsusi Nümayəndəsi Con Kerrinin bu ay Çinə səfərləri zamanı ictimaiyyət qarşısına çıxmayıb.

Bundan əlavə, iyulun 11-də Çin Xarici İşlər Nazirliyinin keçirdiyi mətbuat konfransında Qin Qanqın ASEAN toplantısına qatılmamasının səbəbi “sağlamlıq problemləri” olaraq göstərilib. Ötən həftə nazirliyin müntəzəm mətbuat konfranslarında Qin Qang ilə bağlı suallar cavabsız qalıb.

Röya RÜSTƏMLİ,

“Respublika”.