Mədəniyyət

"DİLDƏ, FİKİRDƏ, İŞDƏ BİRLİK"

XIX əsrin sonu - XX əsrin əvvəllərində çapdan çıxan "Tərcüman" qəzetinin Türk dünyasında, türk xalqlarının düşüncə mədəniyyəti tarixində böyük rolu olmuşdur. Qəzetin naşiri İsmayıl bəy Qaspıralı (1851-1914) Türk düşüncəsi tarixində özünəməxsus iz qoymuşdur. Bu il aprel ayının 10-da "Tərcüman" qəzetinin çapdan çıxmasının 140 illiyi tamam olur

İsmayıl bəy Qaspıralı Krımda Yalta yaxınlığındakı şəhər tipli qəsəbə olan Qaspraya mənsub olduğuna görə, Qaspıralı soyadını daşımışdırİsmayıl bəy doğum yeri tarixi barədə belə yazmışdır:

Doğulmuşam mən Avcıköydə min səkkiz yüz əlli birdə,

Məqamımdır Bağçasaray, məzarım kim bilir harada?

Dövrün elmi biliklərinə yiyələnən İsmayıl bəy Qaspıralı bir müddət Parisdə yaşamış, Krıma qayıdaraq ictimai-siyasi həyatda fəal iştirak etmişdir. Rusiya İmperiyası tərəfindən Krım Xanlığının işğal edilməsinin yüz illiyinin tamamında İsmayıl bəy "Tərcüman" qəzetinin çapı üçün icazə almışdır. Qəzetin 20 aprel 1883- il tarixli ikinci sayında "Qəzet nədir?" başlıqlı məqalədə  İsmayıl bəy Qaspıralı "Qəzet vaxtında çap olunan, insan həyatından, siyasətdən, idarəçilikdən ədəbiyyatdan, mövcud hadisələrdən bəhs edən bir nəşr növüdür ki, oxucu vətənində yaşadığı halda, dünyanın hər yerindəki işlərdən, yazılan əsərlərdən xəbərdar olur. Yaxşı şeylər eşidib, mənəvi maddi faydalar kəsb edir".

Böyük mütəfəkkir qəzetin sadə açıq, hər kəsə izah edilə bilən dil qələm işlətdiyini vurğulayaraq göstərmişdir ki, türk, tatar, Azərbaycan, kumuk, noqay, başqırd, özbək, tarançi, kaşğari, türkmən digər türk qövmləri arasında yayılmışdır.

"Tərcümanqəzeti bütün türk xalqlarının maariflənməsinə çalışmış, onların dilinin, mədəniyyətinin təbliğinə xidmət etmişdir. Görkəmli mütəfəkkir Yusif bəy Akçura "Böyük türklük" nəzəriyyəsindən bəhs edərkən İsmayıl bəy Qaspıralının "Tərcüman" qəzetinin rolunu yüksək dəyərləndirmişdir: İsmayıl bəy, bütün türk aləmini göz önündə tutaraq, ona görə çalışdı. "Tərcüman"a görə, kazan tatarları, Orta Asiya sartları, tarançilər filan yoxdur. Bir dinə inanmış, bir dil ilə danışan türklər vardır. "Tərcüman" məhəlli türk ləhcələrinin  üstündə ümumi bir türk dilinin öyrənilməsini tövsiyə edir. İsmayıl bəyin türklüyə etdiyi böyük xidmətlərdən birincisi, heç şübhə yoxdur ki, milli ibtidai məktəblərin Rusiya türkləri arasında yayılması olmusdur.

Türkiyəli mütəfəkkir Hilmi Ziya Ülkən İsmayıl bəy Qaspıralının "Dildə, fikirdə, işdə birlik" başlıca düsturunu belə açıqlamışdır: "Qaspıralı bir tərəfdən İstanbulda türklüyə aid nəşrləri, digər tərəfdən Avropadakı türkoloqların nəşrlərini oxuyurdu. Bu təsirlə o, türk qövmləri arasında dil birliyi ideyasına çatdı. Türk ləhcələrini yazı dilində birləşdirərək türk birliyinin təmin edilməsi fikrini müdafiə edirdi. Qaspıralı təhsildə "üsul-i cədid" adlandırdığı qərb təhsil metodlarını sxolastikaya qarşı müdafiə etmişdir. O zaman Rusiya türkləri arasında mədrəsə tədrisi üstündü. Bir tərəfdən çarlıq idarəsi, digər tərəfdən isə sxolastik mədrəsə təfəkkürü yeni nəslin inkişafına iki böyük maneə idi. O, tərəqqi uğrunda 30 ilə yaxın çalışmışdır. Qaspıralı dildə, fikirdə, işdə birlik fikrinin ilk ikisini həyata keçirmiş, üçüncüsü isə o günün şərtlərinə görə tam mümkün deyildi".

AMEA-nın müxbir üzvü, professor Əziz Mirəhmədov "Tərcüman" qəzetinin nəşrinin ilk dövrlərində Rusiyanın türkdilli xalqlarının tərəqqisi, maarifçilik ideyaları s. bu kimi  məsələləri təbliğ etdiyi üçün  rəğbət qazandığını qeyd etmisdir. Alim qəzetin müsəlmanlar arasında geniş yayıldığını, qəzetdə Azərbaycan haqqında yazıların müəlliflərinin əsasən M.Sidqi, Eynəli Sultan, Ə.Gəngərli, Firidun bəy Köçərli, Ömər Faiq Nemanzadə  olduğunu bildirmişdir. Əziz Mirəhmədov belə bir faktı yazmışdır ki, kənddə vəkillik etdiyi dövrdə Həsən bəy Zərdabi yoxsul kəndlilərə ərizə yazarkən onlardan haqq almaz, ərizə puluna "Tərcüman" qəzeti gətirtdirib  oxumağı məsləhət görərmiş; o özü   bu qəzeti alıb oxuyar, sonra kəndin mollasına verib deyərmiş: "Bunu minbərdən oxu camaata anlat".

İsmayıl  bəy Qaspıralı ortaq ədəbi dil məsələsi haqqında yazırdı ki, Krım, Kazan, Akkerman, Ufa, Qafqaz şivələri arasında xeyli fərq vardır. Lakin bunların hamısı birdir, türk dilidir. Millətin birliyi dil birliyidir, milləti millət edən iki cəhətdir: biri din, digəri dil birliyidir. Bunlardan hər hansı biri olmazsa ya pozularsa millət rütbəsindən, dərəcəsindən düşər. Bəlkə yox olmağa yol tutar.

"Tərcüman" qəzetinin Osmanlı Anadolusunda, Azərbaycanda, Kazanda, Sibirdə Mərkəzi Asiya qitəsində oxunub anlaşılmasını önə sürən İsmayıl bəy qəzetin əksər oxucularının "Tərcüman" şivəsilə əsərlər yazdığını, həmin dövrdəki ədəbiyyata baxılınca "Tərcüman" şivəsinə yaxın bir şivənin bütün yazarların istifadə etdiklərini qeyd etmişdir.

İsmayıl bəy Qaspıralının dərc etdiyi "Tərcüman" qəzeti müasirləri tərəfindən yaxşı qarşılanmış təbliğ edilmişdir. Bu ilk öncə onların da eyni amal, məqsəd uğurunda çalışmaları ilə əlaqədar idi.

XX əsrin əvvəllərində türk xalqları arasında ortaq termin, ortaq bir ədəbiyyat elm dilinin olması məsələsi aktual idi. Türkiyənin görkəmli ictimai-siyasi xadimi Ziya Gökalp dil məsələsi ilə əlaqədar problemi önə çəkərək yazmışdır ki, terminləri çar Rusiyasındakı türk xalqları rus dilindən, Çindəki türklər çin dilindən, Türkiyədəki türklər isə fransız dilindən alsalar, türk xalqları bir-birlərindən  uzaqlaşar. Bütün türklər arasında sözlər kimi terminlərin ortaq olması vacibdir

1926- ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayında ortaq ədəbi dil məsələsi ətrafında müzakirələr aparılmışdırQurultay iştirakçıları öz dillərində - türkcə, tatarca, özbəkcə, çovaşca, başqırdca, qazaxca b. türk dillərində çıxış edərkən bir-birlərinin danışıqlarını başa düşürdülər. Qurultayda ortaq hərflərin ortaq ədəbi dilin hazırlanması ilə əlaqədar fikirlər irəli sürülsə , bu, gerçəkləşmədi. Hilmi Ziya Ülkən bununla əlaqədar yazmışdır ki, qurultay iştirakçılarının əksəriyyətinin qəbul etdiyi bu fikirlərin sonradan necə pozulduğunu tam əksinə bir yola girildiyini söyləməyə lüzum yoxdur. Bu təzadlı davranış, gerçəklərin siyasətə qurban edildiyinin çox acı bir arqumentidir.

Zaman Ziya Gökalpın haqlı olduğunu göstərdi. Türk xalqları dillərinə görə, müəyyən mənada bir-birlərindən uzaqlaşdılar, bəzi türk xalqları  bir-birlərinin dillərini anlamaz oldular. Sabri Arıkan Türk Dünyası Araşdırmaları Vəqfinin Sovet İttifaqı dağıldıqdan sonra burada yaşayan türkdilli xalqların 24 ayrı kiril əlifbasını istifadə etdiklərini müəyyənləşdirdiyini qeyd etmişdir: "Bunun səbəbi isə məhəlli şivələrə görə, ortaq ədəbi dilin qarşısını almaq, ayrı dil millət yaratmaq məqsədi daşıyırdı".

Türk xalqlarının ortaq bir dildə danışmaları üçün ortaq əlifbanın ortaq dilin hazırlanması məsələsi XX əsrin əvvəllərində olduğu kimi, XXI əsrdə aktualdır

Beləliklə, ictimai xadim, böyük naşir İsmayıl bəy Qaspıralının 140 il öncə dərc etdirməyə başladığı şah əsəri olan "Tərcüman" qəzeti türk xalqlarının birliyi, yüksəlişi yolunda xidmət göstərmiş, türk düşüncəsi mədəniyyəti tarixində əzəmətli yer tutmuşdur.

Aytək MƏMMƏDOVA,

fəlsəfə üzrə fəlsəfə doktoru, dosent.