Xərçəngin müalicəsində perspektivli inkişaf
Maraqlı

Xərçəngin müalicəsində perspektivli inkişaf

Kembric Universitetində yeni açılmış xərçəng institutunun alimləri hüceyrələrdə şişə çevrilməmişdən illər əvvəl dəyişiklikləri aşkar etmək üçün araşdırmalara başlayıblar.

"Respublika" "NTV"-yə istinadla xəbər verir ki, tədqiqat xərçəngin müalicəsi üçün yeni üsulların tapılmasına töhfə verəcək.

İnstitutun direktoru professor Rebecca Fitzgerald bildirib ki, xərçəng xəstəliyi özünü xəstələrdə təsadüfən büruzə verir və illərlə inkişaf edir.

O, həmçinin xəstəliyin bəzən on və ya iyirmi il çəkə bildiyini də söyləyib.

Nəzrin ELDARQIZI,

"Respublika".