Elm və təhsil naziri Qazaxda məktəb açılışında olub
Elm və təhsil

Elm və təhsil naziri Qazaxda məktəb açılışında olub

Elm və təhsil naziri Emin Əmrullayev Qazax rayonuna səfəri çərçivəsində Mehdi Hüseyn adına Humanitar və təbiət təmayüllü məktəb-liseyin yeni tikilmiş tədris binasının açılışında iştirak edib. 20 iyun Nazirlikdən verilən məlumatda bildirilir. 

Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gülaya Həsənova və Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev də iştirak ediblər.

 Məlumat verilib ki, 4 mərtəbədən ibarət məktəbdə 28 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 informatika kabineti, məktəbəhazırlıq və tibb otaqları, 244 nəfərlik akt zalı, qapalı və açıq idman meydançaları, kitabxana, 172 yerlik bufet mövcuddur. 

“Respublika”.