ERMƏNİLƏRİN TƏXRİBATI ÖZLƏRİNİ DƏ ÇIXILMAZ VƏZİYYƏTƏ SALIR
Digər xəbərlər

ERMƏNİLƏRİN TƏXRİBATI ÖZLƏRİNİ DƏ ÇIXILMAZ VƏZİYYƏTƏ SALIR

Son zamanlar baş verən hadisələr bir daha ermənilərin iç üzünü göstərir. Əsrlər boyu müxtəlif erməni terror təşkilatları dünyanın bir sıra yerlərində çoxsaylı terror aktları törətmişlər. Onlar əsasən insanlığa sığmayan əməllərini müsəlman ölkələrində həyata keçirmişlər. Bu cür qanlı aksiyalar törətməkdə maraqlı tərəflər isə mənfurlara hərtərəfli dəstək göstərmişlər.

Erməni terror təşkilatları cürbəcür adlar altında dünyanın müxtəlif ölkələrində yaranmışdır. Məqsəd insanların qətlə yetirilməsi, Ermənistan ərazisinin genişləndirilməsi və s. olmuşdur. Təəssüflə qeyd etmək lazımdır ki, onlar zaman-zaman məqsədlərinə nail olmuşlar. Məlumdur ki, ermənilərin kiçikdən-böyüyədək hamısı qaniçən, şovinist, gözü heç nədən doymayan, torpaq əldə etmək üçün namusundan belə keçməyə hazırdırlar. Əqidələri özlərini yazıq görkəminə salmaqla daim kimdənsə yardım almaq olmuşdur.

Bu günlərdə Hindistanın İran vasitəsilə Ermənistana silah-sursat çatdırmasının şahidi olduq. Əslində, burada qeyri-adi bir şey yoxdur. Ermənipərəst İranın, fars-molla rejiminin mövqeyi, Azərbaycana düşmən münasibəti bəllidir. Hindistanla qardaş Pakistan arasında Kəşmir məsələsi ilə bağlı problemlər hələ də yaşanmaqdadır. Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı Pakistan Respublikasının dəstəyini hər zaman hiss etdi. Ermənilər yenə də özünəməxsus hiyləgərlikdən istifadə edərək Hindistanı özlərinə müttəfiq saydılar.

Ermənistan və havadarları Azərbaycanın öz ata-baba torpaqlarını işğaldan azad etməyi ilə barışa bilmirlər. Guya digər ölkələrdən silah alaraq yenidən Azərbaycan torpaqlarını işğal edəcəklər. Sözsüz ki, bu xülyaların baş verməsi mümkün deyil. Çünki Azərbaycan ordusu bu gün dünyanın güclü orduları sırasında qərar tutur. Vətən müharibəsi zamanı əldə olunan möhtəşəm qələbə deyilənlərin bariz nümunəsidir. Çox qısa zaman kəsiyində düşmənin 30 il ərzində yaratdığı "keçilməz sədd" tamamilə yerlə-yeksan edildi. Erməni ordusu haqqında yaradılan miflər alt-üst oldu. Hazırda Azərbaycanın öz torpaqlarını istənilən təcavüzdən qoruya bilən güclü, cəsarətli şəxsi heyəti, müasir silahlarla təchiz olunan yenilməz ordusu mövcuddur. Bu baxımdan, daha ermənilərin nazı ilə oynamaq, hər hansı beynəlxalq birlikdən ədalət gözləmək bizə yad terminlərdir.

Ali Baş Komandan İlham Əliyevin daim yüksək tribunalardan bunu qətiyyətlə səsləndirməsi, mesajlar verməsi Azərbaycanın qətiyyətli mövqeyini ortaya qoyur. İndi ölkəmizə gələn hər kəsin kimliyi məlum olmalıdır. Dövlət başçısının tapşırığına uyğun olaraq Laçın keçid-buraxılış məntəqəsinin fəaliyyətə başlaması bütün özbaşınalıqlara son qoydu. Sən demə, 30 il humanitar təşkilat kimi tanıdığımız Beynəlxalq Qırmızı Xaç Komitəsi öz funksiyasını yerinə yetirməkdən başqa hər şeylə məşğul olurmuş. Həmişə onlar ermənilərə doğma münasibətlərini gizlətməmişlər. Ənənələrinə sadiq qalan BQXK-nın iç üzü ortaya bir daha çıxdı.

90-cı illərdə qəddar, qaniçən, bütün insani hisslərdən uzaq ermənilər torpaqlarımızı işğal etdilər. Bu zaman onlar xalqımıza bəşər tarixində görünməmiş zülm etmişlər. Körpə, qadın, qoca, cavan, bir sözlə, heç bir suçu olmayan məsum insanları gözlərini qırpmadan, analoqu olmayan işgəncələr verməklə vəhşicəsinə qətlə yetirmişlər. O zaman Azərbaycan səsini dünyaya çatdırsa da dünya birlikləri susqunluq nümayiş etdirirdi. Sanki ermənilərin bu vəhşilikləri törətməsi yazılmış və möhürlənmiş qanun idi. Hələ də insanlar bu vəhşiliklərin acısını çəkir.

Azərbaycan dövləti bu vəhşilikləri törədən qaniçənləri beynəlxalq axtarışa verdi. Lakin ikili standartların mövcud olduğu bir dünyada bu axtarış heç bir nəticə vermədi. Bu dəfə də Azərbaycan özü ədaləti bərpa etdi.

Qeyd etdiyimiz kimi, BQXK-nın xəstə adı ilə Azərbaycan ərazisindən qatı cinayətkarı İrəvana qaçırması Laçın keçid-buraxılış məntəqəsində ifşa olundu. Haqqında həbs qətimkan tədbiri seçildi. Xaçaturyan Vaqif ədalət məhkəməsi qarşısında törətdiyi əməllərə görə cavab verəcək, layiqli cəzasını alacaqdır. Təəssüf doğuran bir məqama nəzər salaq: ermənilər hətta, milli adımızı da mənimsəyiblər. Azərbaycan millətindən olan heç bir kəs erməni adını qəbul etməz. Çox heyif ki, Vaqif kimi gözəl adı cani, qəddar erməni daşıyır. Cinayət törətmiş hər bir erməni bilməlidir ki, aqibəti bu cür olacaqdır. Geriyə yol yoxdur. Onların çıxış yolu yalnız könüllü surətdə Azərbaycan dövlətinə təslim olmaqdır.

Ermənilərin təxribatı bitib-tükənmək bilmir. Nədənsə, bu mənfurlar sülh şəraitində yaşamaq istəmirlər. Bütün dünyaya səs salırlar ki, guya ki, milliyyətcə erməni olan Azərbaycan sakinləri Xankəndi və ətraf yaşayış məntəqələrində blokada şəraitində yaşayırlar. Halbuki, Azərbaycan vətəndaşları olan ermənilərin rahat şəkildə Laçın dəhlizindən keçməyinə hər cür şərait yaradılmışdır.

Məlumdur ki, dəfələrlə ermənilərə Azərbaycan qanunlarına tabe olmaqla sülh şəraitində yaşamaq təklif olunsa da, onlar qəti şəkildə bu təklifi rədd edirlər. Separatçıların yeganə məqsədi silahlanmaq, bölgədə yeni münaqişə ocağı yaratmaqdır. Təəssüflə qeyd etmək lazımdır ki, bəzi ölkələr ermənilərin bu addımını dəstəkləyirlər. Onlar "Spayka" şirkətinə məxsus olan avtomobillərdə humanitar yardım adı altında Xankəndiyə gətirilən yükün məhz Ağdam-Xankəndi yolu ilə deyil, Laçın yolu ilə aparılmasında israrlıdırlar. Özü də heç bir yoxlama aparılmadan. Bunun qarşısı qüdrətli Azərbaycan dövləti tərəfindən alındıqda isə etnik ermənilərin blokadada yaşadığını bildirirlər. Özlərini sülh carçısı adlandıran dövlətlər Naxçıvanın Azərbaycanla quru yollarının olmamasını, Zəngəzur dəhlizinin açılmasının vacibliyini bir dəfə də olsun dilə gətirmirlər. Bütün bu olanlar ermənilərin illər uzunu ərköyünlüyünü davam etdirmək istəyindən xəbər verir.

Vəli VƏLİYEV,

"Respublika".