GÜMÜŞ MEDAL QAZANAN İDMANÇI TƏLTİF EDİLİB
Region

 GÜMÜŞ MEDAL QAZANAN İDMANÇI TƏLTİF EDİLİB

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 18-21 may tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən kikboksinqin WAKO versiyası Üzrə Dünya Kubokunda 48 kiloqram çəki dərəcəsində "Fulkontakt" versiyasında 2 ikinci yer tutan gənc idmançı Qurbanov Murad Bəhruz oğlunu qəbul edib.

Rayon rəhbəri idmançını əldə etdiyi uğura görə təbrik edib, ona yeni-yeni qələbələr arzulayıb. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idmanın kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb. Qeyd edib ki, ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra idman sahəsində əldə edilən qələbələr ona bir idman ölkəsi kimi nüfuz qazandırıb.

Görüşdə gənc idmançı Murad Qurbanov gələcək planlarından danışıb, idmanın inkişafına və idmançılara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Sonda idmançıya rayon rəhbəri tərəfindən təşəkkürnamə və xatirə hədiyyəsi təqdim edilib.

Vəli VƏLİYEV,

“Respublika”.