Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Siyasət

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Gürcüstan Baş naziri İrakli Kobaxidze martın 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

"Respublika" xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.