Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında
Siyasət

Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında

ÜMUMMİLLİ LİDER — 100

Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir.

***

Müstəqil Azərbaycanın böyük gələcəyi var. Mən bu gələcəyə inanıram.

 

Heydər Əliyev Azərbaycanın beynəlxalq aləmdə tanınması etimad qazanmasının əsasını qarşılıqlı anlaşma siyasətində tarazlıq yaratmaqla qoymuşdur. O, həm Almaniya Azərbaycan arasında tarixi dostluq əlaqələrinin yaradılmasının banisidir.

H.Y.KESLER,

AFR-in sabiq naziri.

 

Bəzi siyasətçilərə ağıl-zəka ilə, digərlərinə qəlbən səs verirlər. Azərbaycan xalqı Heydər Əlirza oğlunu həm ağıl-zəka ilə, həm qəlbən seçmişdi. Öz Vətəninə hədsiz sadiq olan Heydər Əlirza oğlu özünü tamamilə bütünlüklə Azərbaycana həsr etmiş Azərbaycanın ulduzunun dünya səmasında parlaması üçün hər şeyi etmişdir. Şübhə yoxdur ki, onun başladığı nəzərdə tutduğu bütün işlər həyata keçəcəkdir.

Sergey STEPAŞİN,

Rusiya Federasiyası Hesablama Palatasının

sabiq sədri.

 

Prezident Heydər Əliyev nəinki Azərbaycan tarixinə, həm görkəmli şəxsiyyət kimi, suveren Azərbaycan Respublikasını qısa müddətdə dünyanın siyasi cəhətdən əhəmiyyətli dövlətləri sırasına çıxara bilmiş insan kimi iyirminci yüzillikdə dünyanın məşhur siyasi dövlət xadimləri cərgəsinə daxil olmuşdur. Onun rəhbərliyi ilə neft dövləti kimi Azərbaycanın qarşısında əvvəllər görünməmiş iqtisadi perspektivlər açılmışdır.

Qurban QURBANOV,

Dağıstan Respublikası Dövlət Şurasının

sabiq üzvü.

 

Heydər Əliyev onu tanıyanların hamısı kimi mənim xatirəmdə təkcə var qüvvəsini öz ölkəsinin Azərbaycan xalqının rifahına həsr etmiş bir dövlət xadimi kimi deyil, həm yeni ideyalara dialoqa həmişə hazır olmaqla, öz əqidəsinə sadiq qalan prinsipial bir insan kimi yaşayacaqdır.

Canni BUKİKKİO,

 Hüquqi Demokratiya üzrə

Avropa Komissiyasının sabiq katibi.

 

Azərbaycandakı demokratik dəyişikliklər məhz onun adı ilə bağlıdır o, haqlı olaraq, müasir Azərbaycanın memarı hesab edilir. Heydər Əliyev öz ölkəsinin hüdudlarından kənarda, beynəlxalq aləmdə böyük nüfuz hörmət sahibi olan parlaq siyasətçi kimi tanınmışdır.

Sergey STANİŞEV,

Bolqarıstan Sosialist Partiyası Ali Şurasının

sabiq sədri.

 

 

Müxtəlif millətlərdən olan ən istedadlı gözəllik yaradanları birləşdirən akademiyamızın sənətkarları Azərbaycanın, digər MDB ölkələrinin mədəniyyətinin inkişafı işinə misilsiz köməyinə qayğısına görə, eləcə yaradıcılıq niyyətlərinin həyata keçirilməsində bir çox rəssamlara şəxsən kömək etdiyinə görə Heydər Əliyevə hədsiz minnətdarlıq hissini həmişə qoruyub saxlayacaqlar.

Zurab SERETELİ,

Rusiya Rəssamlıq Akademiyasının prezidenti.

 

XXI əsrin görkəmli siyasi xadimi Prezident Heydər Əliyev böyük təşkilatçıdır. 1994- ildə Qərb ölkələrinin neft şirkətləri "Əsrin müqaviləsini" imzaladı.

Prezident Heydər Əliyevin əməli fəaliyyəti Azərbaycanın işıqlı gələcəyindən, iqtisadi cəhətdən qüdrətli bir ölkə olacağından xəbər verir. Mən buna inanıram.

Jan RORENİN,

Fransa-Azərbaycan Ticarət Palatası

sədrinin sabiq müavini.

 

Mən onunla olan görüşlərimi çox böyük məmnuniyyətlə hələ xatırlayıram. Bu görüşlərdə biz Azərbaycan Respublikasının energetika sektorunun inkişaf etdirilməsi planlarını müzakirə etmişik. Biz Prezident Heydər Əliyevin şəxsi qayğısı xeyir-duası ilə iki böyük layihədə - 1 nömrəli Bakı İstilik-Elektrik Mərkəzinin "Şimal" DRES-in tikilməsində iştirak etmişik.

Bruno BERQQREN,

İsveçrənin "ABB Asea Braun Boveri Ltd"

şirkətlər qrupunun sabiq 1-ci vitse-prezidenti.

 

Azərbaycan Heydər Əliyevin yürütdüyü uzaqgörən daxili xarici siyasət nəticəsində dünya siyasətində strateji rol oynayır.

Erve de ŞARETT,

Fransanın sabiq xarici işlər naziri.

 

Heydər Əliyev, haqlı olaraq, öz xalqının milli qəhrəmanı kimi tanınmışdır. Onun adı dünya tarixinə həmişəlik yazılacaqdır. O, müdrikliyi, prinsipiallığı, gözəl insani keyfiyyətləri ilə fərqlənirdi. O, Azərbaycana epoxaların ayırıcında başçılıq edərək, keşməkeşli, çox çətin illərdə Vətən qarşısında öz borcunu şərəflə yerinə yetirdi.

Leonid SLUTSKİ,

RF Dövlət Dumasının Beynəlxalq məsələlər

komitəsi sədrinin sabiq müavini.