Haqq işimizə heç kim kölgə sala bilməz
Digər xəbərlər

Haqq işimizə heç kim kölgə sala bilməz

Cənubi Qafqazdakı destabilliyin növbəti mərhələsi Ermənistanın TIR şousu ilə başlamışdı. Azərbaycan tərəfi ilə razılaşdırılmadan Laçın dövlət sərhədinə "humanitar" yükləri cəlb edən Ermənistanın bu təxribatının qarşısı isə qətiyyətlə alındı. BMT-dəki gizli iclaslar, Amerikadakı erməni lobbisinin təzyiqləri, satın alınmış beynəlxalq simalar ölkəmizin polad iradəsinə qarşı gələ bilmədi. Haylar tərəfindən belə bir addımın atılmasında məqsəd "ermənilərin acından ölməsi"ni səhnələşdirmək idi. Təbii ki, Azərbaycan səbir nümayiş etdirərək, ermənilərin təxribat cəhdlərini zərərsizləşdirdi, beynəlxalq media qurumları və dünyanın bir çox ölkələrindən nümayəndə heyəti əraziyə cəlb edildi. Saxta ictimai nəzər formalaşdırmağa çalışan hayların bu xəbis addımı nəticədə iflasa uğramış oldu.

Humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolu açıqdır. Ermənilər bu yoldan rahat şəkildə istifadə edə bilərlər. Lakin Ermənistan tərəfi müxtəlif bəhanələrlə bu təklifdən imtina etməklə, əslində niyyətlərinin Qarabağda yaşayan ermənilərə yardım etmək deyil, onları təxribata sürükləmək olduğunu ortaya qoydu. Törədilən təxribatlar sonda Ermənistana böyük zərər vuracaq. Belə ki, baş nazir Nikol Paşinyan bir neçə dəfə ölkəmizin ərazi bütövlüyünü tanıdığını bəyan etmişdir. Brüssel sülh gündəliyi çərçivəsində də dəfələrlə Ermənistanın saxta sülh ifadələri səslənib. İlk növbədə bu, beynəlxalq ictimaiyyəti aldatma və Brüssel sülh gündəliyinə xəyanət hesab edilməlidir. Azərbaycan öz suveren ərazilərində yaşayan erməni azlığına lazımi humanitar dəstəyi göstərmək iqtidarındadır. Bunun üçün yad qüvvələrin ərazilərimizdə hərəkəti qəbuledilən deyil. Azərbaycanın heç nəyə ehtiyacı yoxdur və özü bir çox dünya ölkələrinə humanitar yardım göndərir. Ölkəmizdə yaşayan ermənilər də bu çərçivədə yaşamalı, ya da ərazilərimizi tərk etməlidirlər. Dövlətimiz onların sosial, humanitar, ümumi olaraq maddi və digər təminatlarını həyata keçirməyə qadirdir.

26 km uzunluğu olan Ağdam-Xankəndi yolu müasir standartlara uyğun qurulmaqla yanaşı, bölgədə Xankəndiyə ən qısa məsafə hesab olunur. Laçın-Xankəndi yolu 60 kilometrdir və bu yol Şərqi Zəngəzurla Qarabağı birləşdirir. Ağdam-Xankəndi yolu isə Qarabağ iqtisadi rayonunda daxili şəbəkədir və bu baxımdan da vacib nəqliyyat xəttidir. Bu yoldan istifadə bütövlükdə Qarabağ iqtisadi rayonunun inkişafına töhfə baxımından da vacibdir. Daxili nəqliyyat və logistik şəbəkə iqtisadi inkişaf üçün zəmin yaratdığından bu yolun intensiv istifadəsi əhəmiyyətlidir. Digər tərəfdən, əgər məqsəd Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə humanitar yardım göstərməkdirsə, niyə Ermənistan daha qısa və müasir standartlara uyğun qurulmuş yoldan istifadədən imtina edir? Təəssüflər olsun ki, Ermənistan ərazisində olan səfirlər və Avropa İttifaqının missionerləri də bu oyunun iştirakçısına çevrildilər. Bu da əlbəttə ki, erməni təbliğat maşınının ölkəmizə qarşı fəaliyyətini gücləndirmiş oldu. İstənilən halda məhz Ağdam-Xankəndi marşrutunun legitimliyi yalnız əsas çıxış yolu və köməkçi vasitədir. Brüssel görüşündə Şarl Mişel tərəfindən bildirildi ki, humanitar yüklərin Ağdam-Xankəndi vasitəsilə buraxılmasında problem yoxdur. Lakin bunun haylar üçün effekti olmadı. Hikmət Hacıyevin dediyi kimi, oyun bitdi. Daha ciddi işlər görmək lazımdır. Ermənistan yaxşı olar ki, Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırlaşsın.

Bu yolun fəaliyyətə başlaması həm də Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını formalaşdıracaq və onu sürətləndirəcək. O ki qaldı, digər hansısa yol vasitəsilə yüklərin daşınmasına, Azərbaycanın mövqeyi beynəlxalq hüquqa söykənir. Bəzi xarici dairələrin isə erməni tərəfinin yaydığı saxta təbliğat və siyasi manipulyasiyalara əsaslanaraq bəyanatlar verməsi bölgədə sülhə və təhlükəsizliyə böyük zərbədir.

Şübhəsiz ki, BQXK-nın qanunsuz fəaliyyətinin ardınca Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salındı. Humanitar yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatları var. Lakin növbəti dəfə erməni xisləti ilə üz-üzə gəldik. Göndərilən yardım karvanı hələ də haylar tərəfindən qəbul edilməyib. Hansı ki, guya onlar "acından ölürdülər". Azərbaycan dövləti bu addımla növbəti dəfə erməni xislətini bütün dünyaya göstərmiş oldu.

Nurlan ABDALOV,

"Respublika".