“Heydər Əliyev İli
Region

“Heydər Əliyev İli" münasibətilə növbəti konfrans Zaqatalada təşkil edilib

Azərbaycan Respublikasında 2023- ilin "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, aprelin 4- Zaqatala şəhərində "Heydər Əliyev şanlı Zəfər tariximiz" adlı işgüzar konfrans keçirilib.

Baş Prokurorluqdan verilən məlumata görə, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Zaqatala şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib. Tədbir çərçivəsində, həmçinin, "Zəfər kompleksi" abidəsi önünə gül dəstələri düzülüb.

İştirakçılar Zaqatala rayon Heydər Əliyev mərkəzinin Muzey hissəsində Ulu öndərin zəngin dövlətçilik irsini, həyat fəaliyyətini özündə əks etdirən eksponat fotostendlər ilə tanış olublar.

Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Baş Prokurorluğun idarə rəisi Erkin Əlixanov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunmuş Zəfərin ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsi olduğunu qeyd edib.

Dahi lider Heydər Əliyevin rəhbərliyi ilə aparılmış hüquqi islahatlar barədə danışan Erkin Əlixanov uğurlu siyasətin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edib, fəaliyyətini beynəlxalq standartlara uyğun formalaşdırmaqla müasir dövlət təsisatına çevrilmiş prokurorluq orqanlarına göstərilən diqqət qayğıdan bəhs edib.

Konfrans zamanı çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə işgüzar tədbirin Zaqatala şəhərində təşkilindən məmnunluğunu ifadə edib.

Konfransda, həmçinin, Zaqatala rayon prokuroru Rasim Musayev, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov, Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov digərləri fenomenal şəxsiyyət Heydər Əliyevin gənclər siyasəti, ordu quruculuğu insan hüquqlarına verilən dəyər, Ulu öndərin xilaskarlıq missiyası zəngin dövlətçilik irsi mövzularında çıxış edib.

Tədbir iştirakçıları "Heydər Əliyev 44 günlük Zəfər yolu" sənədli filminə baxıblar.

Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları bölgə mediası arasında operativ səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.

Sonda xatirə fotoşəkli çəkilib.

Ülvi QARAYEV,

Respublika”.