Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib
Digər xəbərlər

Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib

Omanın nüfuzlu “Hibr əl-Vətən” jurnalında müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş məqalə dərc olunub. Bu barədə Diaspora Komitəsindən bildirilir.

Misir-Azərbaycan Dostluq Cəmiyyətin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun müəllifi olduğu məqalədə bildirilib ki, bu günlərdə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində Azərbaycanı parçalanma və məhv olma təhlükəsindən xilas edərək inkişaf və əmin-amanlıq yoluna çıxaran dahi siyasətçi Heydər Əliyevin 100 illik yubileyi qeyd edilir.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2023-cü ilin ölkədə “Heydər Əliyev İli” elan olunduğu nəzərə çatdırılıb.

Heydər Əliyevin mənalı ömür yolu və uzaqgörən siyasi fəaliyyəti haqqında ətraflı məlumat verən tədqiqatçı-alim qeyd edib ki, böyük öndərin fədakarlıqlarla dolu həyatının hər bir anı Azərbaycan xalqı üçün iftixar mənbəyidir. Dahi lider misilsiz xidmətləri ilə öz adını tarix səhifələrinə qızıl hərflərlə yazdırıb. O, eyni zamanda müasir Azərbaycan dövlətinin qurucusu kimi xalqın böyük ehtiramını qazanıb.

Əli SADIQOV,

“Respublika”.