Heydər Əliyevin 100 illiyinə  həsr olunmuş turnir
Digər xəbərlər

Heydər Əliyevin 100 illiyinə  həsr olunmuş turnir

17 mayda Qırğızıstanın Bişkek şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş mini-futbol turniri keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, “Mərkəzi Asiyada Mütərəqqi Azərbaycanlıların Birliyi” ictimai təşkilatı tərəfindən təşkil olunan turnirdə Qırğızıstan və Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan diasporunun komandaları iştirak ediblər.

Turnirdə birinci yeri Qırğızıstanın “Fomz” komandası tutub. Qalib komandalara diplomlar, medallar, kubok və pul mükafatları təqdim olunub. Birliyin sədri Xansıvar Baxşəliyev bildirib ki, 3 ildir Azərbaycan diasporunun gəncləri arasında bu turniri davamlı olaraq təşkil etməklə soydaşlarımız dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad edirlər.

“Respublika”.