Gəncədə şəhid ailələri və qazilər daim diqqətdə saxlanılır
Digər xəbərlər

Gəncədə şəhid ailələri və qazilər daim diqqətdə saxlanılır

Azərbaycan dövləti şəhid ailələri və müharibə əlillərinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirir. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov mütəmadi olaraq bu kateqoriyadan olan şəxslərin qayğıları ilə maraqlanır, onları narahat edən məsələlərin həlli istiqamətində qanunamüvafiq tədbirlər həyata keçirir.

"Respublika" xəbər verir ki, ötən gün şəhər rəhbəri Niyazi Bayramov I qrup Qarabağ əlili Qədimov Zaur İmran oğlu ilə görüşüb, onu narahat edən məsələlərlə maraqlanıb.

Qarabağ əlili Zaur Qədimov səhhətində yararan problemlə əlaqədar müalicə almaq istədiyini bildirərək, köməklik göstərilməsini xahiş edib. Onun müraciətini dinləyən şəhər rəhbəri, müharibə əlilinin müayinə və müalicəsinin həyata keçirilməsi, ehtiyac yarandığı təqdirdə Bakı şəhərindəki səhiyyə müəssisələrinə göndərişin verilməsinin təmin olunması ilə bağlı müvafiq tapşırıq verib.

Zaur Qədimov şəhid ailələri və müharibə əlilləririnə daimi göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

Zabit XƏLİLOV      

“Respublika”